Icma.az
close
up
RU
Politoloq: Aİ Gürcüstanın yeni hökümətiylə dil tapmaq üçün müəyyən qərarlar qəbul etməli olacaq

Politoloq: Aİ Gürcüstanın yeni hökümətiylə dil tapmaq üçün müəyyən qərarlar qəbul etməli olacaq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tiflisdə yenidən hökumət əleyhinə aksiya başlayıb. Parlament binası qarşısına yüzlərlə etirazçı toplaşıb, Rustaveli prospekti bağlanıb.

Ərazidə polis qüvvələri asayişi qoruyur. Hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, 28 noyabrda Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etdikdən sonra Tiflisdə aksiyalar sistemli olaraq keçirilir.



Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, Gürcüstandakı hadisələr Qərb blokunu, xüsusilə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqını narahat edir:


“Çünki Gürcüstan həmin blokun Cənubi Qafqazda ən etibarlı tərəfdaşı sayılırdı. Hətta iddialar var idi ki, Gürcüstan indiki əraziləriylə NATO və Avropa İttifaqına üzvlüyə çox yaxındır. Amma baş verən son hadisələr ABŞ, Avropa İttifaqı və NATO-nun Gürcüstana münasibətində müəyyən dəyişiklik etməsinə səbəb oldu. ABŞ və Böyük Britaniya Gürcüstanla bir sıra istiqamətlərdə əməkdaşlığı dayandırıb. Avropa İttifaqı isə Gürcüstanla əlaqələrinə yenidən baxacağı formasında açıqlamalar verib. Bəzi məlumatlarla görə Gürcüstan 2028-ci ilə qədər Aİ-lə əməkdaşlığı dayandıracaq. Ölkədə baş verən müxalifətin etiraz aksiyası da hökümətin tutacağı sözügedən addıma qarşıdır. Bir müddət öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verdi ki, Gürcüstan hökümətinin Avropa İttifaqıyla əməkdaşlığı dayandırmaq fikri və niyyəti yoxdur və yayılan məlumatları dezinformasiya adlandırdı”.


Ekspert qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri ABŞ, Böyük Britaniya və NATO-nun Gürcüstana münasibətindən daha yumşaq yol almaqla bağlı qərar qəbul edəcəklər:

“Onlar daha çox vəziyyətin sakitləşməsini gözləməklə bağlı qərar qəbul edə bilərlər. Çünki Avropa İttifaqında olan bəzi rəsmilər ABŞ-nin Gürcüstana qarşı radikal münasibətini tənqid etmişdi. Ona görə də Avropa İttifaqı Gürcüstanın yeni hökümətiylə dil tapmaq üçün müəyyən qərarlar qəbul etməli olacaq. Bu Gürcüstan höküməti və Avropa üçün regional marağının təmin olunmasına müəyyən üstünlük verə bilər. Çünki Gürcüstanla münasitləri tamamilə kəsmək rəsmi Tiflisin yönünü dəyişmək olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri