Icma.az
close
up
RU
Politoloq: AİHM in qərarı Ermənistanın hüquqi siyasi tarixində yeni mərhələdir

Politoloq: AİHM in qərarı Ermənistanın hüquqi siyasi tarixində yeni mərhələdir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Qərarın icrası siyasi iradə və beynəlxalq təzyiqdən asılıdır



Köçəryan və Sərkisyan kimi yüksək ranqlı şəxslərin məsuliyyətə cəlbi demokratikləşmə prosesinə güclü təkan verə bilər



Avropa İnsan Hüquqları Məhkəməsinin bu gün açıqladığı qərar Ermənistanda illərdir mübahisə doğuran 2008-ci il 1 mart hadisələrinə yeni hüquqi və siyasi qiymət verib. Məhkəmə həmin olaylar zamanı dövlətin vətəndaşların yaşamaq hüququnu pozduğunu təsdiqləyərək, məsuliyyətin rəsmi hakimiyyət daşıyıcılarının üzərinə düşdüyünü bəyan edib. Bu qərar, həm 10 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnmiş faciəli etirazların hüquqi təhlili, həm də Ermənistanın siyasi sistemində illərdir hökm sürən cəzasızlıq mühitinin ifşası kimi dəyərləndirilir.

 Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib:“Bu hökm Ermənistan üçün həqiqətin bərpasıdır. Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil: bu, hakimiyyəti saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür.

Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərar birmənalı olaraq qətllərin siyasi qərarlarla şərtləndiyini göstərir. Həmin qərarların daşıyıcıları və sifarişçiləri Robert Köçəryan və Serj Sərkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.

Babacanyan Köçəryan və Sərkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. Partiya rəhbəri Nikol Paşinyan hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları həbs etməyə çağırıb.

Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Paşinyan bu məsələdə onun da adını çəkib.



Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 1 mart qurbanlarının ölümündə Ermənistan dövlətinin məsuliyyətini tanıyan qərarı, regionun hüquqi və siyasi tarixinə yeni mərhələ əlavə edir:


 "Bu qərar, Ermənistanın keçmiş siyasi rəhbərlərinin – Robert Köçəryan və Serj Sərkisyanın – dövlət strukturuna zorakılıqla nəzarət etməsi və Konstitusiya dəyişikliklərini zorla həyata keçirməsində məsuliyyət daşıdığını açıq şəkildə ortaya qoyur. Babacanyanın fikirləri ilə səsləşən bu analizin cəzasızlıq siyasətinə dönə-dönə qarşı çıxışın təntənəsidir. Bu, yalnız hüquqi sənəd olmaqla qalmayıb, həm də siyasi şəffaflığın artırılması istiqamətində mühüm siqnaldır.

Məhkəmə qərarı Ermənistan cəmiyyətində keçmiş rejimlərin cinayət məsuliyyətinə cəlb olunması üçün qanuni zəmin yarada bilər. Lakin, Ermənistanda daxili hüquq sisteminin və siyasi liderliyin hazırkı vəziyyətini nəzərə alaraq, bu qərarın praktiki tatbiki hələ də böhranlıdır. Qərarın daha çox simvolik xarakter daşıdığı təəssüratı yaranır, çünki keçmiş prezidentlərə qarşı hüquqi prosedurların başlanması üçün siyasi iradənin ortaya qoyulması lazımdır. Nikol Paşinyanın çağırışı ona görə vacibdir ki, hökumət bu qərarın hüquqi tələblərini icra etməlidir. Lakin, siyasi müqavimət və köklü sistemlərin müdafiəsi perspektivində belə addımların atılması mürəkkəb və təhlükəli ola bilər".


T. İsmayılovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı beynəlxalq hüququn Ermənistanda təsirinin göstəricisidir və qanunverici orqanlarla icraedici hakimiyyətin bu qərarı qəbul edib həyata keçirməsi zəruridir:

 "Bu qərar erməni hüquq tarixində möhkəm presedent yaratmaqla yanaşı, regionda ədalət və haqqın bərpası üçün nümunə ola bilər. Lakin Ermənistan üçün bu, həm də ciddi siyasi və ictimai böhran deməkdir. Köçəryan və Sərkisyan kimi yüksək ranqlı şəxslərin məsuliyyətə cəlb olunması ölkənin demokratikləşmə prosesinə güclü təkan verə bilər. Simvolik olaraq qərar Ermənistanda keçmişi yenidən qiymətləndirmək və milli ədalət uğrunda ictimai dialoqu canlandırmaq üçün əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycanda və regionda bu qərar ədalətin bərpası və qurbanların haqlarının tanınması istiqamətində vacib siyasi mesajdır. Ermənistanın hüquqi sistemində bu qərarı icra etmək üçün güclü hüquqi mexanizmlərin qurulması və beynəlxalq təzyiqlərin artırılması gərəkdir. Nəticə olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı həm hüquqi, həm siyasi baxımdan mühüm addımdır, lakin onun mənəvi və praktiki təsiri Ermənistanın daxili siyasi mühitindən, güclü liderlikdən və xalqın hüquqa inamından asılı olacaq. Bu qərarın zəminində Ermənistan tam demokratik təsisatlar qurmaqla keçmişlə barışmalı və gələcəyə yönəlməlidir. Əks təqdirdə, qərar yalnız beynəlxalq hüquqa sayğı və ədalətə inam nümayişi kimi qalacaq, lakin real cəza və ədalət həyata keçirilə bilməyəcək.

Bu yönümdə Paşinyanın sərt mövqeyi və keçmiş hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsini tələb etməsi gənc hakimiyyətin legitimliyinin güclənməsinə yardımçı ola bilər. Lakin onun addımları ölkə daxilində siyasi qarşıdurmaların artmasına da səbəb ola bilər. Ermənistan üçün gələcək hakimiyyətin ABŞ kimi beynəlxalq aktorların dəstəyini alması və hüquqi islahatları aparması vacib şərtdir.

Yekunda demək olar ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı rəsmi olaraq Ermənistanın hüquqi məsuliyyətini təsdiqləyir və gələcəkdə hüquqi prosedurlar üçün əsas yaradır. Lakin, prosesin davamı və real icrası Ermənistanın siyasi iradəsi və xarici təzyiqlə sıx bağlıdır. Bu qərar həm də regionda ədalət və sülhün bərqərar olması üçün mühüm hüquqi vasitə hesab edilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri