Slovakiyalı politoloq: “Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır” EKSKLÜZİV
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində Cənubi Qafqazda və Orta Asiyada olduqca əhəmiyyətli bir aktordur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında slovakiyalı politoloq, tarixçi Juraj Marusiak deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfərini, Slovakiya-Azərbaycan münasibətlərini şərh edən Marusiak, rəsmi Bakının Slovakiya üçün regionda ən önəmli aktor olduğunu bildirib:
“Buna görə də, Aİ və Aİ-yə üzv dövlətlərin bu ölkə ilə əməkdaşlıq qurmaqda həyati marağı var. Düşünürəm ki, bu potensial hələ istifadə olunmayıb. Azərbaycan Aİ ölkələri üçün enerji resurslarının potensial təchizatçısı kimi vacibdir. Azərbaycan həmçinin Rusiya Federasiyasından asılılığını azaltmaq baxımından Aİ üçün vacib tərəfdaş ola bilər”.
Analitik əlavə edib ki, yalnız Slovakiya-Azərbaycan münasibətləri deyil, Aİ-Azərbaycan münasibətləri də daha da inkişaf etməlidir:
“Enerji resursları və müdafiə sənayesi ilə yanaşı, Azərbaycan Slovakiya avtomobil sənayesinin məhsulları ilə də maraqlana bilər. Biz Azərbaycandan qaz alırıq. Müvafiq qaz müqaviləsi artıq 2024-cü ildə imzalanıb.
Zəngəzur dəhlizinə Slovakiyanın marağı məsələsinə gəldikdə isə, bu dəhliz Slovakiya üçün Azərbaycandan və Azərbaycana malların daşınmasını təmin etmək üçün vacibdir”, - deyə Juraj Marusiak əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 09 Dekabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















