Icma.az
close
up
RU
Politoloq Azər Qasımlının işi üzrə ittiham aktı elan olundu: “Mən özümü zərərçəkmiş hesab edirəm”

Politoloq Azər Qasımlının işi üzrə ittiham aktı elan olundu: “Mən özümü zərərçəkmiş hesab edirəm”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 16-da keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

Bizimyol.info xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlının vəkili Rövşanə Rəhimova iki vəsatət qaldırıb. Vəsatətlərdən biri təqsirləndirilən politoloqun məhkəmə zamanı vəkillərinin yanında əyləşməsinə icazə verilməsi idi.

Hakimlər bu vəsatəti təmin edib və Azər Qasımlı məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb.

İkinci vəsatət isə Azər Qasımlı ilə zərərçəkmiş Qurbanəli Yusifov arasında olan yazışmaların məhkəmədə araşdırılması, flaşkarta baxış keçirilməsi, Telman Salmanov adlı şəxsin dindirilməsi və s. barədə idi.

Azər Qasımlının digər vəkili Aqil Layıc da vəsatətləri müdafiə edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayət törətməyib, özü cinayətin qurbanı olub: “Bu işdə Azər Qasımlı özü dələduzluğun qurbanıdır”.

Məhkəmənin qərarına əsasən, ikinci vəsatət baxılmamış saxlanılıb. Hakim Telman Hüseynov bildirib ki, vəsatətdə yazılan məsələlər sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttihama əsasən, Azər Qasımlı ilə Qurbanəli Yusifov arasında kriptovalyuta alqı-satqısının həyata keçirildiyi birjada gəlirlərin azalması ilə əlaqədar mübahisə yaranıb. Azər Qasımlı gəlirlərinin aşağı düşməsində onu ittiham edib. Qurbanəli Yusifovu, ailə üzvlərini öldürmək, uşaqlarını oğurlatdırmaqla hədələyərək, 45 min dollar pul tələb edib. Ondan 6800 manat alıb.

Azər Qasımlıya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, zor tətbiri hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Azər Qasımlıdan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü təqsirli bilmədiyini söyləyib: “Mən özümü zərərçəkmiş hesab edirəm”.

Məhkəmə prosesi iyulun 30-na qədər təxirə salınıb. Həmin prosesdə zərərçəkmiş qismində Qurbanəli Yusifov ifadə verəcək.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O bildirir ki, Qurbanəli Yusifovu hədələməyib, qarşı tərəf özü ona borclu olduğunu dəfələrlə etiraf edib. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsində mülki qaydada onun xeyrinə çıxarılmış məhkəmə qərarı da var.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see178

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see137

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see130

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri