Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Politoloq: “Azərbaycan ABŞ ilə münasibətlərin yenidən qurulmasına çox nikbin baxır”

Politoloq: “Azərbaycan ABŞ ilə münasibətlərin yenidən qurulmasına çox nikbin baxır”

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ölkə Prezidenti cənab İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi bir çox önəmli açıqlamalarla, dərin təhlilə əsaslanan maraqlı proqnozlarla zəngin oldu. Qeyd etmək lazımdır ki, istər cəlb olunduğu münaqişənin həlli yollarının tapılması, istər müstəqil və güclü iqtisadiyyatın yaradılması, istərsə də beynəlxalq əlaqələrin yalnız qarşılıqlı hörmət prinsipləri əsasında qurulması ilə bağlı Azərbaycanın effektiv təcrübəsi getdikcə daha çox ölkənin diqqətini cəkir. Artıq dünyada gedən proseslərə Azərbaycanın və Azərbaycan Prezidentinin baxış bucağı, yanaşma tərzi getdikcə daha böyük diqqətlə öyrənilir. Biz bunu “Euronews” kanalının müxbirinin suallarından da açıq-aşkar görə bilirik.” 

Bu fikirləri AzFakt.com-a verdiyi açıqlamasında politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların planetin digər regionlarına transformasiyası bu gün bəşəriyyəti bir çox fəlakətlərdən qoruya biləcək ideya kimi qiymətləndirilir:

“Əlbəttə ki, istənilən müharibənin dərhal dayandırılması, atışkəsə nail olunması və növbəti insan qurbanlarının qarşısının alınması üçün hansısa universal bir təlimat və ya qaydaların mövcud olmadığı hər kəsə məlumdur. Bununla belə müsbət təcrübənin öyrənilməsi və müəyyən düzəlişlərlə tətbiqi əksər hallarda arzuolunan nəticələrə də gətirib çıxara bilər. O cümlədən Rusiya-Ukrayna məsələsinə və Yaxın Şərqdə cərəyan edən hadisələrə münasibət bildirən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, belə hallarda münaqişəyə cəlb olunmuş ölkələr ilk növbədə heç kəsə və ya heç bir təsisata arxalanmamalıdırlar. Çünki xarici yardım bir tərəfdən yardım alan ölkəni zəiflədir,  ikinci bir tərəfdən də bu yardımın daimi olacağına dair əlbəttə ki, heç bir zəmanət yoxdur. Ən pisi də budur ki, davamlı olaraq yardım alan ölkə öz suverenliyinin bir hissəsini itirmiş olur. Çünki yardım edən tərəf də bir gün elədiklərinin hesabatını tələb edəcək. Cənab Prezident ən düzgün yolun ölkənin yalnız öz resurslarına güvənərək müstəqil iqtisadiyyat qurmasından, öz suverenliyini və ərazi bütövlüyünü özünün öz gücünə bərpa etməsindən və öz gələcəyini özünün qurnasından ibarət olduğunu xüsusi vurğuladı. Əlbəttə ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox qiymətlidir və bu təcrübənin digər regionlara transformasiyası mümkün olduğu halda, bu, bir çox problemlərin həllinə zəmin yarada bilərdi. Əfsuslar olsun ki, bu gün dünyada hərbi münaqişələrin sayı artmaqdadır və hələ ki, dövlət başçımızın qeyd etdiyi kimi, yalnız Qarabağda olan münaqişə beynəlxalq hüquq çərçivəsində və tarixi ədalət əsasında öz həllini tapıb.”

Daha sonra politoloq belə bir önəmli məqamı da qeyd edib ki, Azərbaycan öz müstəqilliyini qorumaqla yanaşı, eyni zamanda da beynəlxalq əlaqələrini, xüsusən də qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə son dərəcə maraqlıdır:

“Bu gün Azərbaycan özünü Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına görə əsas məsuliyyətli tərəflərdən biri kimi görür. Buna nail olmaq üçün isə əlbəttə ki, birtərəfli səylər bəzən kifayət etməyə bilər. Məhz bu baxımdan Azərbaycan dünya liderliyinə iddialı böyük dövlətlərlə tərəfdaşlıq əlaqələrinə mühüm önəm verir. O cümlədən 30 ilə yaxın müddət ərzində Azərbaycanın ABŞ ilə çox gözəl münasibətləri formalaşmışdı. Təəssüflər olsun ki, Baydenin prezidentliyi dövründə bu ölkənin Dövlət Departamentinin və şəxsən Blinkenin Azərbaycanla bağlı siyasəti sırf ermənipərəst maraqlar üzərində qurularaq, ölkələrimiz arasında münasibətləri heçə endirdi. Lakin Donald Trampın yenidən Amerikanın Prezidenti seçilməsi bu vəziyyətin dəyişə biləcəyinə böyük ümidlər yaradır. Azərbaycan Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərinin və güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxır və bu əlaqələrin bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcəyinə inanır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 16 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see127

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri