Icma.az
close
up
RU
Politoloq: Azərbaycanın İsrail Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür

Politoloq: Azərbaycanın İsrail Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşdü. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.Ümumiyyətlə bu görüşü Suriya-Azərbaycan münasibtələrində mühüm yenilik hətta yeni bir başlanğıc kimi qimətləndirmək olar".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib .
Politoloq bildirib ki, Bakı-Dəməşq münasibətləri həm Hafiz Əsədin, həm də Bəşər Əsədin dövründə yaxşı olmayıb:
"Əsədlərin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı. Əhməd əş-Şara isə açıq şəkildə Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır.Azərbaycan–Suriya münasibətlərinin normallaşması bu ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər. Bundan başqa bir sıra digər məsələrdə də Bakı-Dəməşq münasibətlərinin formalaşması və inkişafı mümkündür.  Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər.Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər. Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almağa yönəlmiş gərginliyin azaldılması mexanizminin formalaşdırılması üçün razılıq əldə olunub. Bənzər razılaşma gələcəkdə Dəməşq və Təl-Əviv arasında da mümkün ola bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri