Icma.az
close
up
RU
Türkiyə İsrail münasibətlərində Azərbaycan konstruktiv vasitəçi rolunu müvəffəqiyyətlə icra etməkdədir

Türkiyə İsrail münasibətlərində Azərbaycan konstruktiv vasitəçi rolunu müvəffəqiyyətlə icra etməkdədir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda Türkiyə-İsrail münasibətləri haqda danışan İlham Əliyev billdirib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Suriya üzərində, deməli, Türkiyə-İsrail münasibətlərində müəyyən gərginlik yaşanmaqdadır.

Azər Allahverənov

“Belə bir vəziyyətdə ölkə başçısının bu mövzu ilə bağlı xüsusi fikir bildirməsi olduqca əhəmiyyətlidir. Bu, həm də bir mesajdır. Cənab prezident öz çıxışında qeyd etdi ki, Türkiyə və İsrail arasında böhran zamanı Azərbaycan münasibətlərin yaxşılaşdırılmasında vasitəçilik edib. 2008-ci ildən etibarən, Qəzzada baş verən müharibə nəticəsində İsraillə Türkiyə münasibətlərində bir soyuqlaşma müşahidə edilməyə başladı. Hətta hər iki ölkənin başçıları müxtəlif platformalar üzərində bir-birinə kifayət qədər belə çox sərt fikirlər səsləndirməyə başladılar. 2010-cu ildə Türkiyəyə məxsus olan “Mavi Marmara” gəmisi mühasirə vəziyyətində olan Qəzza əhalisinə humanitar yardım aparmağa cəhd etmişdi. O zaman da İsrailin hərbi dəniz donanması qüvvələri tərəfindən onun bu kimi cəhdlərinin qarşısı alınmışdı. Gəmi mühasirəyə götürülmüşdü və sonra diplomatik kanallar vasitəsilə aparılan danışıqlar nəticəsində bu böhranı aradan qaldırmaq mümkün olmuşdu. Bu, 2010-cu ilin hadisələridir və buna baxmayaraq, münasibətlər getdikcə pisləşməyə doğru getmişdi. Hətta Amerika Birləşmiş Ştatlarının o vaxtkı prezidenti də belə müəyyən cəhdlər edirdi ki, münasibətlərdə bir növ gərginlik olmasın və münasibətlər müəyyən mənada normallaşsın. Amma Amerika Birləşmiş Ştatları da buna nail olmamışdı. Yalnız Azərbaycan bu prosesə qoşulduqda və diplomatik müstəvidə uğurlu siyasi gedişlər etdikdən sonra münasibətlərdə mövcud olan gərginlik və böhran aradan qaldırılmışdı. Hətta 2016-cı ildə iki dövlət arasında diplomatik münasibətlər yenidən qurulmuşdu və faktiki olaraq Azərbaycanın bu dönəmdəki fəal iştirakı öz müsbət nəticəsini vermişdi. Bunun da bir neçə izahı var idi. Azərbaycan vasitəçilik edərkən, bir neçə vacib məqama əsaslanaraq bunu etmişdi. Birincisi; İsraillə Türkiyə arasında vasitəçilik edən Azərbaycan həm İsrailin, həm də Türkiyə ilə strateji müttəfiqi idi və bu səbəbdən də bu strateji müttəfiqliyin ən yüksək səviyyədə təmin olunması istiqamətində çox böyük vacib nəticələr əldə olunmuşdu. Bu strateji müttəfiqliyin qorunub saxlanmasına çalışan Azərbaycan, xüsusilə də üçtərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi. Bu tip yanaşmalar öz müsbət nəticəsini vermişdi”-deyə deputat qeyd edib.

Azər Allahverənov bildirib ki, digər istiqamətdə diplomatik müstəvidə hər iki dövlət arasında çox intensiv bir dialoq gedirdi və Azərbaycan rəsmiləri müxtəlif sahələrdə həyata keçirilən dövlət siyasətinə cavabdeh olan şəxslər, sahəvi olaraq hər iki dövlətin aidiyyəti strukturlarla danışıqlar aparıb və orada da müəyyən bir strateji xəttin əsas cizgilərini cızmağa nail olmuşdular. Deputat vurğulayıb ki, burada digər aspektlər olub və bunlar müəyyən mənada öz müsbət nəticələrini vermişdi.

“Məhz bunun nəticəsi olaraq, hər iki dövlət arasında münasibətlər müəyyən mənada normallaşmışdı. Hətta birgə layihələrin və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin göstərilməsi ilə bağlı müəyyən bir mövqe ortalığa qoyulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra, xüsusilə də 2021-ci ildən etibarən Azərbaycan bu istiqamətdə də yenə öz fəaliyyətini ardıcıl olaraq davam etdirməkdədir. Baxmayaraq ki, 2018-ci ildə baş verən böhran nəticəsində İsraillə Türkiyə münasibətləri yenə korlanmağa doğru getdi. Birinci fazada, Azərbaycan böhranın aradan qaldırılmasına nail olmuşdu və vasitəçi kimi belə vacib rol ortaya qoymağa müvəffəq olmuşdu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində kifayət qədər böyük nüfuza və rola malik olmasından xəbər verirdi. 2018-ci ildə yenə də Məbəd dağı ətrafında baş verən, hadisələr fonunda yenə də bu iki dövlət arasında münasibətlər müəyyən mənada pozulmuşdu. 2021-ci ildən etibarən münasibətlərin pozulduğu bir şəraitdə, Azərbaycanın bu prosesdə fəal surətdə kommunikasiyada olduğunu görür. Burada da Azərbaycan vasitəçi olaraq, çox vacib bir rol oynamaqdadır və bu rol günü-gündən güclənməkdədir”-deyən Azər Allahverənov qeyd edib ki, indiki hadisələr fonunda Azərbaycanın da bu prosesdə vasitəçi kimi fəal iştirakı bir çox məsələlərdən xəbər verir.

Deputat vurğulayıb ki, zaman-zaman həm İsrail, həm də Türkiyə ilə aparılan danışıqlar, görüşlər, telefon zəngləri zamanı bu İsraillə Türkiyə münasibətləri məsələsinə də toxunulur və Azərbaycan da bu prosesdə özünün çox vacib vasitəçilik missiyasını uğurla həyata keçirən tərəf qismində çıxış edərək tərəflərin daha da yaxınlaşmasına nail olan bir dövlətdir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri