Icma.az
close
up
RU
Politoloq: Bu, Amerika Rusiya münasibətlərinin pisləşə biləcəyinin göstəricisidir

Politoloq: Bu, Amerika Rusiya münasibətlərinin pisləşə biləcəyinin göstəricisidir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra Moskvadan məyus olub.

Bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Adını çəkilməsini istəməyən amerikalı rəsminin sözlərinə görə, Trampın Rusiyaya qarşı məyusluğu xarici siyasət qurumlarının rəhbərləri arasında keçirilən görüşdən sonra pik həddə çatıb.

“Telefon danışığı nəticəsiz başa çatıb və Vaşinqtonda belə nəticəyə gəlinib ki, ruslar müharibəni bitirmək üçün razılığa gəlmək istəmirlər, ona görə də Tramp-Putin görüşünün keçirilməsinin mənası yoxdur. Bu nəticə Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına zəmin yaradıb”, - mənbə vurğulayıb.


Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Tramp avtoritar təfəkkürlü insandır:


"O deyir ki, Putini görüşə gətirirəm, bu görüşü Avropa İttifaqında (Aİ) təşkil edəcəyəm. Ağ Evin sahibi bunun üçün çalışdığını bildirir, amma sonra nə olur? O, açıqlama verir ki, Donbassın 78 faizi işğal edilib və Rusiya tərəfindən tutulub, hər kəs öz mövqeyində dayansın. Daha sonra Lavrov çıxış edir və “bu mümkündür” kimi bir açıqlama verir. Tramp isə görür ki, Avropa və daxildə demokratlar onun bu addımına müqavimət göstərirlər. Ona görə də əsəbləşir və deyir ki, bu görüşü təşkil etməyəcəyəm. Nəticədə ABŞ Prezidenti görüşdən imtina edir. Bu, Amerika-Rusiya münasibətlərinin yaxşılaşmayıb, əksinə, pisləşə biləcəyinin göstəricisidir. Rusiya isə öz işğal siyasətini davam etdirir. Onlar iddia edirlər ki, Ukraynanın yarısını ələ keçiriblər, amma Rusiyanın yayda başladığı hərbi əməliyyat uğursuz alınmışdı. ABŞ rəsmiləri də bunu açıq şəkildə bildirirlər. Tramp bu uğursuzluq fonunda daha sərt bəyanatlar verir, maksimum hədəflər irəli sürür. Bir növ qarşılıqlı gərginlik yaranır və hər iki tərəfdən addımlar atılır. Putin isə görünür Trampla münasibətləri pozmaq istəmir. O, ABŞ ilə  müəyyən münasibətlərin qorunmasının Rusiyanın da mənafelərinə uyğun olduğunu bilir".


Analitikin fikrincə, hər iki tərəf uzun müddətli qarşıdurmanın ağır nəticələrini nəzərə almalıdır:

"Müqayisələr, tarixi misallarla bağlı arqumentlər nə qədər də israrla gətirilsə də, bu günkü reallıq başqadır. Vaşinqtonun hərbi büdcəsi Rusiyanın büdcəsindən xeyli böyükdür və uzunmüddətli münaqişənin davam etməsi hər iki tərəf üçün mürəkkəb nəticələrə gətirib çıxara bilər. Rusiya bu təzyiqə uzun müddət davam gətirə bilməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri