Icma.az
close
up
RU
Politoloq: Milli Qurtuluş Günü milli iradənin, güclü liderliyin və dövlətçilik prinsipinin simvoludur

Politoloq: Milli Qurtuluş Günü milli iradənin, güclü liderliyin və dövlətçilik prinsipinin simvoludur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycanın müstəqillik tarixində elə günlər var ki, təkcə bir dövrün deyil, bütöv bir millətin taleyini dəyişib. 15 İyun- Milli Qurtuluş Günü də məhz belə bir gündür. 1993-cü ildə bu tarix Azərbaycan xalqının dövlətçiliyini qorumaq və onu yenidən qurmaq üçün son ümid nöqtəsi idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkə vətəndaş müharibəsi təhlükəsindən, siyasi xaosdan və iqtisadi süqutdan xilas edildi. Lakin bu günün əsl mahiyyəti yalnız tarixi kontekstdə deyil, 2020-ci ildə qazanılan böyük Zəfərin fonunda daha aydın görünür.

“1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan ciddi problemlərlə qarşı-qarşıya idi: Ermənistan tərəfindən iyirmi faizə yaxın ərazisi işğal olunmuş, iqtisadiyyatı tənəzzül etmiş, idarəçilik iflic olmuşdu. Dövlətin dağılması real təhlükəyə çevrilmişdi. Belə bir tarixi anda xalqın təkidli çağırışı ilə Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə dəvət olundu. 1993-cü il iyunun 15-də Ulu Öndərin Ali Sovetin sədri seçilməsi ilə yeni bir mərhələ başlandı. Ümummilli Liderin rəhbərliyi ilə dövlət institutları bərpa olundu, neft strategiyasının əsası qoyuldu, yeni Konstitusiya qəbul edildi, ordu quruculuğu sistemli şəkildə həyata keçirildi və ən əsası milli həmrəylik və sabitlik təmin olundu. Bütün bu proseslər bir məqsədə - möhkəm, suveren və güclü dövlət yaratmağa xidmət edirdi", - deyə A.Qurbanova vurğulayıb.

Politoloq qeyd edib ki, 27 il sonra bu dövlət modeli öz gücünü əsaslı şəkildə sübut etdi. 2020-ci ilin payızında Azərbaycan Ordusu 44 gün ərzində 30 illik işğala son qoydu. Bu qələbə təsadüfi deyildi, çünki onun kökləri iyunun 15-də qoyulan siyasi iradədə, dövlətçilik strategiyasında və xalq-lider birliyində idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Zəfəri tarixi kontekstdə belə qiymətləndirərək bildirmişdi ki, “Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan adlı dövlət mövcud olmazdı”. Bu ifadə bir fikri aydın şəkildə ortaya qoyur, 15 İyun olmasaydı, 8 Noyabr olmayacaqdı. 15 İyun, 27 Sentyabr və 8 Noyabr - Bu üç tarix bir-birini tamamlayır və Azərbaycanın dövlətçilik tarixində vahid milli iradə xəttini təmsil edir.

"Unutmamalıyıq ki, 15 İyun – Milli Qurtuluş Günü, sadəcə, bir xatirə deyil, bu gün də aktual olan milli iradənin, güclü liderliyin və dövlətçilik prinsipinin simvoludur. Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz məhz bu dəyərlərin nəticəsidir. Bu gün biz yalnız qurtuluşumuzu qeyd etmirik, həm də ona söykənərək gələcəyə daha inamla baxırıq", - deyə Aytən Qurbanova əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri