Icma.az
close
up
RU
Milli Qurtuluş Günü xilasa aparan dönüş yolu, dövlətçilik şüurunun Zəfəridir

Milli Qurtuluş Günü xilasa aparan dönüş yolu, dövlətçilik şüurunun Zəfəridir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin anlarda verilən qərarlar yüzilliklərin taleyini dəyişir. 15 İyun 1993-cü il – Milli Qurtuluş Günü məhz belə taleyüklü bir gündür. Bu gün, ölkəmizin uçurumun astanasından geri döndüyü, dövlətçiliyimizin süqut təhlükəsindən xilas olduğu, xalqın yenidən öz iradəsinə, inamına və gələcəyinə sahib çıxdığı gün kimi tarixə düşüb. Müstəqilliyin ilk illərində baş verən xaos, siyasi qarşıdurmalar, iqtisadi böhran və silahlı toqquşmalar, həmçinin Qarabağ cəbhəsində yaşanan məğlubiyyətlər insanlarda dərin ümidsizlik yaratmışdı. Ölkənin hər yerində anarxiya, özbaşınalıq hökm sürür, xalqın etimadı günbəgün itirilməkdə idi. Məhz belə bir ağır dövrdə Azərbaycan xalqı nicat yolunu dahi lider Heydər Əliyevin siyasi arenaya qayıdışında gördü. Bu qayıdış sadəcə bir siyasətçinin yenidən vəzifəyə gəlməsi deyildi Bu, xalqın iradəsinin təcəssümü, milli ruhun dirçəlişi idi. Ulu öndər Heydər Əliyev öz müdrikliyi, soyuqqanlılığı və dövlətçilik təcrübəsi ilə Azərbaycanı böhrandan çıxardı. O, yalnız sabitlik yaratmadı, həm də Azərbaycanın gələcəyini müəyyən edən əsas strateji istiqamətləri formalaşdırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesi başladı, Konstitusiya qəbul edildi, iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, xarici siyasətdə balanslı mövqe tutuldu. Bu gün Azərbaycanda gördüyümüz hər bir uğurun təməlində məhz o illərdə atılmış addımlar dayanır. Ən əsası isə, Ulu Öndər xalqda inam yaratdı. O sübut etdi ki, xalqla bir olan rəhbər, tarixin ən çətin məqamlarında belə doğru yol tapa bilər. 15 İyun tarixini dəyərli edən də məhz bu birliyin və həmrəyliyin rəmzinə çevrilməsidir. Bu gün biz müstəqil, güclü, qalib Azərbaycan dövlətində yaşayırıq. 30 ildən artıq keçən bir dövrdə dövlətimiz regionun liderinə çevrilib, hərbi və iqtisadi gücünü sübut edib. Qarabağın işğaldan azad olunması ilə tariximizdə yeni mərhələ başlanıb. Bütün bu uğurların əsasında dayanan ideoloji və siyasi xəttin başlanğıc nöqtəsi isə 15 İyun – Qurtuluş günüdür. Hesab edirəm ki, bu gün təkcə tarix kitablarında oxunacaq bir gün deyil. Bu, daim yaddaşlarda yaşamalı, yeni nəsillərə öyrədilməli, vətəndaşlıq mövqeyimizi formalaşdırmalı bir gündür. Hər birimizin borcu müstəqilliyin qədrini bilmək, onu qorumaq və gələcək nəsillərə daha güclü şəkildə ötürməkdir. Hansı formada yanaşsaq yalnız bir həqiqəti görərik: 15 İyun  Azərbaycan tarixində sadəcə bir təqvim günü də deyil, bir millətin yenidən öz kimliyinə, dövlətinə və gələcəyinə sahib çıxmasının simvoludur. 1993-cü ildə baş verən hadisələr fonunda bu günün mahiyyətini dərk etmək üçün təkcə siyasi böhranı deyil, həm də ictimai ruh halını, xalqın gələcəyə dair ümidsizliyini xatırlamaq kifayətdir. Müstəqilliyin ilk illərində Azərbaycan böyük çətinliklər içində idi – dövlət institutları iflic olmuşdu, torpaqlar işğal altına düşmüşdü, vətəndaş müharibəsi təhlükəsi qapını döyürdü. Belə bir məqamda xalqın bircə ümidi vardı. Bu ümid Ulu öndər Heydər Əliyevin şəxsində reallığa çevrildi. 15 iyun 1993-cü ildə o, xalqın tələbi ilə yenidən siyasi rəhbərliyə qayıtdı və Azərbaycan tarixində “Milli Qurtuluş Günü” kimi əbədi həkk olundu. Bu dönüş sadəcə fövqəladə idarəçilik qabiliyyəti ilə dövlətin xilas edilməsi deyildi. Bu, Azərbaycan dövlətçiliyinin ideoloji və strateji əsaslarının qoyulduğu dövr idi. Ulu öndər Heydər Əliyev dövlətçiliyin dayaqlarını milli-mənəvi dəyərlər, hüquqi islahatlar və beynəlxalq etimad üzərində qurdu. Azərbaycanın müstəqil, dünyəvi, hüquqi dövlət kimi formalaşması məhz bu mərhələdən başladı. “Qurtuluş” anlayışı burada simvolik deyil – bu, real bir xalqın, real bir dövlətin uçuruma düşməkdən xilas edilməsinin tarixi hadisəsidir. Əgər 15 iyun baş verməsəydi, bu gün Azərbaycan adlı dövlətin varlığı belə sual altında ola bilərdi. Bu baxımdan, 15 İyun tariximizdəki İstiqlal Bəyannaməsi qədər önəmli, 1918-ci ilin 28 Mayı qədər müqəddəs bir gündür. Bu gün biz güclü, sabit və müasir Azərbaycan dövlətində yaşayırıqsa, bu nailiyyətlərin təməlində məhz Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt uğurla davam etdirilir və dövlətçilik tariximizə yeni-yeni qələbə səhifələri yazılır. 15 İyunun dərsi odur ki, xalqın iradəsi, müdrik liderliyin gücü və dövlətə inam bir araya gəldikdə, hətta ən çətin məqamlar da qurtuluşa çevrilə bilər. Biz bu dərsi heç vaxt unutmamalıyıq. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Bu gün bizim vəzifəmiz bu tarixi yaddaşın daşıyıcıları olmaq, müstəqilliyin dəyərini dərk etmək və onu gələcək nəsillərə ötürməkdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri