Icma.az
close
up
RU
Politoloq: Rəsmi Bakı İranla münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir

Politoloq: Rəsmi Bakı İranla münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanla İran arasında tarixən ciddi münaqişələr olmayıb və iki ölkə arasında ümumilikdə xoş qonşuluq və əməkdaşlıq münasibətləri mövcuddur. Lakin müxtəlif dövrlərdə İran tərəfindən destruktiv addımlar və provokasiyalara cəhdlər müşahidə olunub, süni gərginliklər yaradılıb. Bu gərginliklər əsasən İsrail-Azərbaycan əlaqələri, Azərbaycanın regional siyasəti və öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı məsələlərdən qaynaqlanır. Səfirliyimizə qarşı törədilən terror hücumu da Azərbaycanın narazılıq üçün kifayət qədər əsaslı səbəblərinin olduğunu göstərir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra tərəflər arasında dialoq yenidən başlayıb:
"Gərginliyin azaldılması istiqamətində müəyyən addımlar atılıb. İran Prezidentinin Azərbaycana iki dəfə səfəri, müxtəlif səviyyəli iranlı rəsmilərin səfərləri və hazırda davam edən İran xarici işlər nazirinin səfəri münasibətlərin normallaşmağa doğru irəlilədiyini göstərir".
Politoloq bildirib ki, lakin bu, qarşılıqlı etimadın dərhal bərpa olunacağı demək deyil:
"Proses uzun çəkə bilər və bəlkə də tam başa çatmaya bilər. Rəsmi Bakı İranla münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir. İranın dini məzhəb üzərindən təsir yaratmağa çalışan təsir qrupları, xüsusilə SEPAH kimi qurumlar, istənilən anda münasibətlərdə gərginlik yarada bilər. Əsas məsuliyyət Azərbaycanın üzərinə düşmür. Əgər İran tərəfi münasibətlərin normallaşmasında və əməkdaşlıqda maraqlıdırsa, Bakı bunu müsbət qarşılayacaq. Lakin əgər Tehran yenidən neqativ mövqe sərgiləyəcəksə, Azərbaycanın cavabı da aydın olacaq".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri