Politoloq: “Trampın Xameneiyə məktub göndərməsi hiyləgər gedişdir”
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ Prezidenti Donald Trampın İranın dini rəhbəri Əli Xameneiyə məktub göndərməsi Ağ Ev sahibinin hiyləgər gedişidir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Donald Tramp məktubu İran Prezidentinə deyil, dini rəhbərə ünvanlamaqla qərarların Tehranda deyil, Qumda verilməsini qəbul etdiyini göstərib:
““Mən İranla razılaşmağa üstünlük verirəm, Xameneiyə məktub göndərdim.
İranın nüvə silahı və başqa variantları ola bilməz” deyən Tramp nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.
Məntiqlə ali dini lider Trampa cavab məktubu göndərməlidir. Ancaq Amerika ilə danışıqları “axmaqlıq” adlandıran dini lider şeytan adlandırdığı ölkənin prezidentinə cavab məktubu yazarmı? Trampın hiyləsi elə ondan ibarətdir ki, o Qumdan cavab almasa və ya cavab onu qane etməsə, İsrailə İranın nüvə mərkəzlərinə zərbə endirməsinin yolunu açacaq”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















