Icma.az
close
up
RU
Politoloq: Zelenskinin Çörçillə müqayisə olunması haqlı və realdır

Politoloq: Zelenskinin Çörçillə müqayisə olunması haqlı və realdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uinston Çörçill də Ukrayna Prezidenti Vladimir Zelenskinin indi hərəkət etdiyi kimi edərdi.

Bunu Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevdə Viktor Pinçuk Fondunun təşkil etdiyi xüsusi görüş zamanı deyib.

"Çörçill də Zelenskinin etdiyi kimi edərdi. O da Trampın qarşısında söz seçməzdi”, - Conson bildirib.

O, həmçinin Donald Trampın müharibənin başlanmasında Ukraynanın günahı ilə bağlı açıqlamalarını tənqid edib:

“Bu məntiqlə amerikalılar yaponları Pörl-Harbora hücuma təhrik ediblər. ABŞ-ın hazırkı siyasəti Ukraynanı dəstəkləmək siyasətinə ziddir. Amerikalıların təklif etdiyi reallığı dərk edə bilmirəm, çünki mənim ürəyim var. Xüsusilə, mineral ehtiyatlar üzrə sövdələşmədən danışırıq”.

Conson Trampın Ukraynanın göstərilən dəstəyi kompensasiya etməli olması ilə bağlı tələblərinə müsbət yanaşır.

O xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsi zamanı verilən Lend-Liz çərçivəsində ödənişləri yalnız 2006-cı ildə dayandırıb.

Onun fikrincə, Trampın fəaliyyətinin əsas məqsədi avropalıların iştirakını artırmaqdır:

“Realist olmalıyıq, lakin öz həll yollarımızı inkişaf etdirməliyik. Xüsusilə, o, Ukrayna torpaqlarında sülhməramlıların əleyhinə deyil, gəlin, bunu edək”.


Politoloq Taleh Əliyev "Sherg.az"a deyib ki, dünən Rusiyanın "xüsusi hərbi əməliyyatlar" adı altında başlatdığı Ukraynaya qarşı apardığı işğal siyasətinin üçüncü ili tamam oldu:


"Bununla əlaqədar Avropa Birliyi rəhbərliyi və Avropa ölkələri Kiyevdə Ukrayna həmrəylik tədbiri keçirdi. Bu, ABŞ-dən fərqli olaraq, Avropanın Ukraynaya qarşı mənəvi və siyasi-hüquqi öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun açıqlamaları göstərir ki, Zelenski bu müharibədə xalqının və dirənişin simvoluna çevrilib. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Ukrayna və onun liderinə qarşı ədalətsiz və qərəzli münasibəti fonunda Zelenskinin şərəf və ləyaqətini qürurla təmsil etməsi, onun Uinston Çörçillə müqayisə olunmasını haqlı və real edir. Avropa liderlərinin Kiyevə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi. Onun Trampla müzakirə etdiyi əsas məsələlərdən biri, Ukrayna müharibəsinin həllində Aİ və Ukraynanın maraqlarının qorunması idi. Makron bildirmişdi ki, sülhün təmin edilməsi üçün ABŞ Rusiya ilə olduğu kimi, Ukrayna ilə də ayrıca danışmalı və sonra uzlaşma əsasında sülh müqaviləsi təqdim olunmalıdır. Bu, əslində, Avropa Birliyinin münaqişənin həllinə dair mövqeyini əks etdirir. Əgər Tramp birtərəfli qaydada Rusiya ilə razılığa gəlib Ukraynaya təzyiq göstərməyə çalışsa, Aİ-nin Kiyevə açıq və daha geniş dəstək verəcəyinin şahidi olacağıq".


Politoloq əlavə edib ki, son günlər Kremlə qarşı 16-cı sanksiyalar paketinin qəbul edilməsi və 17-ci paket üzərində işlərin aparılması da göstərir ki, AB Rusiya və ABŞ arasında mümkün sövdələşməyə biganə qalmayacaq:

"Sülh planı Avropa və Ukraynanı qane etməzsə, Aİ bunu qəbul etməyəcək və prinsipial mövqeyini davam etdirəcək. Bundan əlavə, sülh imzalanacağı təqdirdə Avropa ölkələri sülhməramlı qüvvələrini regionda yerləşdirməyi əsas məsələ kimi irəli sürüblər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri