525ci qəzet Qərb Zelenskinin ultimativ tələblərini qəbul etmir Politoloq
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Qərb nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenskinin NATO ilə bağlı bəyanatlarını nəzərə almır. Çünki qərbdən olan siyasətçilər üçün ultimatumlar qəbuledilməzdir.
525.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Asafov deyib.
Bundan əvvəl Zelenski Teleqram kanalında bildirib ki, NATO ölkələri Kiyevi alyansa dəvətdən imtinaya görə kompensasiya kimi vəd edilmiş hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidir. Onun sözlərinə görə, Ukraynaya daha 12-15 belə sistem lazımdır.
“Qərb heç bir ultimativ tələbi nəzərə almır. Burada bəzi yeni ritorikalar eşitməyimizə baxmayaraq, bu tələblər açıq şəkildə qəbuledilməz mövqedir”, - politoloq bildirib.
O qeyd edib ki, Qərb dəfələrlə Kiyevə ultimatumların nəticə verməyəcəyini açıqlayıb. Bunun fonunda Zelenskinin bəyanatının məqsədinin Ukraynanın NATO-ya üzvlüyü və hava hücumundan müdafiə sisteminin Kiyevə ötürülməsi mövzularını bir daha gündəmə gətirmək olduğunu güman etmək olar. Zelenski gündəmdən çıxan mövzuları ona görə yenidən səsləndirir ki, onlara yeni nəfəs verməyə çalışır. Çünki istənilən halda Qərbin ultimatum tələblərinə reaksiyası olacağını anlayır. Bu isə o deməkdir ki, iki mövzu hələ bir müddət müzakirə olunacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















