Icma.az
close
up
RU
“Zelenskinin sülh planının taleyi Kremlin mövqeyindən asılıdır” POLİTOLOQ

“Zelenskinin sülh planının taleyi Kremlin mövqeyindən asılıdır” POLİTOLOQ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün yeni sülh planını təqdim edib.

Plana əsasən, Ukrayna Silahlı Qüvvələri sülh dövründə 800 min nəfərlik olacaq, Rusiya Avropaya və Ukraynaya qarşı təcavüz etməmək siyasətini qanunvericilikdə təsbit edəcək və Ukrayna konkret tarixlə Avropa İttifaqına üzv olacaq.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, bu ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilkin irəli sürdüyü 28 bəndlik planın ixtisarlar və düzəlişlər edilmiş variantıdır:

“Vaşinqtonun planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-ın idarəçiliyinə veriləcəyi və elektrikin 50/50-yə Ukrayna ilə Rusiya arasında bölüşdürüləcəyi yazılmışdı. Hazırki planda bu bəndə stansiyanın 50/50 arasında Ukrayna ilə ABŞ arasında bölüşdürüləcəyi yazılıb. Bu elə böyük düzəliş deyil, onsuz da ABŞ həmin 50 faizi Rusiyaya ötürəcək, sadəcə Kiyev bu bənddə elektrikin 50 fazinin Rusiyaya ötürüləcəyi cümləsinə razılaşa bilməzdi. Planın ilkin variantında sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min olacağı göstərilirdi. Hazırki planda bu 800 min nəfər yazılıb. Yeni planın 5-ci bəndində yazılıb ki, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək və əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab və sanksiyaların bərpası olacaq. Buna baxmayaraq, bu bənd qeyri-müəyyən olaraq qalır. Ukraynaya veriləcək təhlükəsizlik təminatı 1994-cü ildə verilən təhlükəsizlik təminatından mahiyyət etibarilə fərqlənməlidir.

Bu elə bir bənd olmalıdır ki, Rusiya gələcəkdə yenə Ukraynaya hücum etməyi planlaşdırsa, qarşısında daha böyük güclərin dayanacağını anlasın və bu amil onu qonşusuna növbəti həmlədən çəkindirsin. Yeni planın əsas bəndlərindən biri ərazilərlə bağlıdır”.

Elxan Şahinoğlu əlavə edib ki, Rusiya hərbi qüvvələri Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” prinsipi işə düşməlidir.

“Bu Ukraynanın edə biləcəyi maksimum güzəştdir. Yəni Ukrayna itirdiyi əraziləri hüququ baxımdan Rusiya ərazisi kimi tanımasa da, reallıqdan çıxış edərək həmin ərazilərin hərbi yolla geri qaytarılmayacağı reallığını qəbul edir.

Beləliklə, Kiyev və Brüssel mövcud planı qəbul etməyə hazırdır. Vaşinqton da yeni plana etiraz etməz. Əsas məsələ bu plana Kremli razı salmaqdır. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təmsilçisi Kiril Dmitriyev ABŞ-a səfər edərək planı Moskvaya çatdırıb. Kreml sahibinin yeni planla razılaşacağı çətindir. O əvvəlkitək Donbasın tamamını tələb edir. Putin 20 maddəlik planın əksər bəndlərinə etiraz etməsə də, ərazilərlə bağlı bəndi qəbul etməyəcək. Bu halda planın qəbulu mümkün olmayacaq və müharibə tam şiddətiylə davam edəcək”.

Günay 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri