Icma.az
close
up
RU
Polkovnik leytenant: Ermənistanın danışıqları uzatması regionda dayanıqlı sülhün təmin edilməsinə maneə olur

Polkovnik leytenant: Ermənistanın danışıqları uzatması regionda dayanıqlı sülhün təmin edilməsinə maneə olur

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidəçi missiyasının son günlər mütəmadi olaraq şərti dövlət sərhədinə gəlməsi və xüsusi vasitələrlə Azərbaycan Ordusunun mövqelərini müşahidə etməsi, foto və video çəkilişlər aparması kəşfiyyat xarakterli məlumatların toplanması məqsədi daşıyır. Onların şərti sərhəddə bu cür davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov bildirib.

Hərbi jurnalist qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə bitsə də, bölgədə gərginlik səngimir.

“Buna səbəb regiondankənar qüvvələr tərəfindən qızışdırılan Ermənistandakı revanşist qüvvələrin fəallığı, eyni zamanda, “sülh müqaviləsi imzalamaq istəyən” qonşu dövlətin, yumşaq desək, səmimiyyətdən uzaq və qeyri-adekvat davranışıdır. Eyni zamanda, Azərbaycan tərəfinin çoxsaylı sülh çağırışlarına Ermənistanın biganəliyi və danışıqları müxtəlif bəhanələrlə uzatması da regionda dayanıqlı sülhün təmin olunmasına maneə olur. Həmçinin regiondankənar qüvvələrin pozucu fəaliyyəti, xüsusilə də Fransanın Ermənistanı silahlandırması da bölgədə sülh prosesinə real təhdiddir desək, yanılmarıq. Bir tərəfdən regiondankənar qüvvələrin təhrikindən qidalanan revanşistlərin, digər tərəfdən isə Ermənistanın dövlət səviyyəsində məsuliyyətsiz davranışı Qafqazda vəziyyətin gərgin olaraq qalmasına rəvac verir”, - deyə İ.İsmayılov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz kimi strateji cəhətdən əhəmiyyətli regionda davamlı sülhün bərqərar olunması və bu istiqamətdə Azərbaycanın, eləcə də onun haqlı mövqeyini dəstəkləyən ölkələrin fəaliyyəti beynəlxalq aləmdə müsbət müzakirələrə səbəb olur: “Lakin xüsusi olaraq qeyd etməliyəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-adekvat davranışı, sülhü istəməyən qüvvələrin canfəşanlığı yalnız sülh prosesinə əngəl törətmir, bu, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə, sülh naminə çalışan qurumlara hörmətsizliyin nümayişidir.

Son bir ayda baş verənləri təhlil etsək, görərik ki, Ermənistan rəhbərliyi nə ordusunu idarə edə bilir, nə də erməni cəmiyyətində olan revanşist xülyalı təbəqəyə təsir etmək gücünə malikdir. Hətta həmin qüvvələr dövlətə qarşı daha böyük təsir gücünə malikdir. Bu da xarici qüvvələrin təsir nəticəsi ilə mütənasibdir”.

Hərbi mütəxəssis hesab edir ki, Ermənistan hökuməti ya bu proseslərə nəzarət etmir, ya da bilərəkdən sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyənlərə meydan verir: “Ermənistan dövlətinin sülh müqaviləsi ilə bağlı müsbət nəticələrdən danışması fonunda Azərbaycan Ordusu mövqelərinin son günlər mütəmadi olaraq atəşə tutulması da onu göstərir ki, ordunun böyük bir hissəsi Paşinyan hökuməti ilə hesablaşmır. İşğalçı ölkənin ordusu zabitlərinin çoxu ancaq “Qarabağ” kartı ilə uzun illərdir Ermənistan hakimiyyətinə meydan oxuyan, eyni zamanda, Ermənistanda siyasi bataqlıqda çapalayan revanşistlərin göstərişi ilə oturub durur.

Son aylar Ermənistan dövlətinin fəaliyyəti və dövlət rəsmilərinin bir-birinə zidd açıqlamalar verməsi, həmçinin hökumətin addımlarına qarşı erməni cəmiyyətindəki aqressiv davranış daha çox diqqət çəkən məqamdır. Fransadan və digər ölkələrdən daxil olan silahların əsasən hücum xarakterli olması, eyni zamanda, Ermənistan tərəfinin şərti dövlət sərhədinin bütün istiqamətlərində yaratdığı möhkəmləndirilmiş mühəndis-istehkam qurğularının hücuma dəstək məqsədi daşıması bizə qarşı təhdid və növbəti təxribatlara zəmin olaraq dəyərləndirilir. Əminəm ki, dövlətimiz və ordumuz səviyyəsində bu məqamlar mütləq mənada nəzərə alınır, təhdid və təxribatların qarşısının alınması üçün ciddi tədbirlər görülür”.

Müxtəlif ölkələrin Ermənistanı silahlandırmasının orada revanşizmin baş qaldırmasına səbəb olması barədə ölkəmiz tərəfindən rəsmi mövqelərin bildirilməsini, təxribatların, dezinformasiyaların ifşa edilməsini, həmçinin dövlətimizin rəsmi səsləndirdiyi fikirlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının, sülh prosesinə əngəllərin yaradılmasının Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə səbəb olacağının xüsusi vurğulanmasını da ehtiyatda olan polkovnik-leytenant vacib addım olaraq qiymətləndirib.

Hərbi mütəxəssisin fikrincə, hadisələrin təhlili onu göstərir ki, sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün ermənilər növbəti təxribatlara ciddi hazırlıq görür. Bütün bu proseslər Avropa İttifaqının müşahidəçi missiyasının gözü qarşısında baş verir, eyni zamanda, dünyanın aparıcı dövlətləri və qurumları tərəfindən buna reaksiya verilmir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən və Ermənistanı beynəlxalq qanunlara zidd əməllərdən çəkinməyə çağıran, qınayan açıqlamalar səsləndirilmir. Bu da ikili standartlar çərçivəsində yanaşmanın təzahürüdür. Sülhü dəstəkləyirlər, lakin təcavüzkarı qınayan və onu sülhyönümlü addımlar atmağa sövq edən fəaliyyət sərgilənmir.

Ermənistan hərbi siyasi rəhbərliyi müxtəlif planlar cızaraq, hətta təxribat xarakterli məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formaslaşdırmağa, bölgəyə daha çox diqqət cəlb etməyə can atır. Bununla da, Ermənistan tərəfinin Azərbaycanın irəli sürdüyü sülh təkliflərinin icrasını ləngitməsinin, sülh müqaviləsinin imzalanmasını süni şəkildə gecikdirməsinin və bəzi beynəlxalq qurumlardan çirkin əməlləri üçün vasitə kimi istifadə etməyə çalışmasının arxasında ermənilərin məkrli planlarının, hər hansı növbəti bir hiyləsinin olduğu qənaətinə gəlmək olar.

“Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin mövqeyi qətidir, ədalətlidir, səmimidir, sülhsevərdir. Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasında, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında, torpaq iddialarının aradan qalxmasında maraqlıdır, israrlıdır. Bunun üçün konkret addımlar atmaqda, təkliflər irəli sürməkdə və sülh çağırışları etməkdədir. Çünki sülhün bərqərar olunması nəticəsində gərginlik səngiyəcək, kommunikasiyalar açılacaq, bölgədə ədavətə son qoyulacaq, xoşməramlı təşəbbüslər həyata keçiriləcək, işğalçılıq siyasəti bitəcək və insanlar təhlükəsiz, firavan həyat sürmək imkanı qazanacaq”, - deyə hərbi jurnalist bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see310

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see184

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see179

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see163

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see156

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see139

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see138

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see132

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see132

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see130

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see128

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see121

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see119

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri