Icma.az
close
up
RU
Polkovnik vəfat etdi FOTO

Polkovnik vəfat etdi FOTO

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Uzun müddət hüquq mühafizə orqanı işçisi olmuş polkovnik Firqət Qəniyev vəfat edib.

Ölkə.az xəbər verir ki, Qəniyev Firqət Ələddin oğlu vəfat edib.

Xatırladaq ki,  Qəniyev Firqət Ələddin oğlu 3 yanvar 1958 ci ildə Şamaxı rayonunun Göylər kəndində fəhlə ailəsində anadan olub.

1965 ci ildə Göylər kənd orta məktəbinin I sinifinə qədəm qoymuş, 1973 cü ildə həmin məktəbin VIII sinifini fərqlənmə ilə bitirərək, Bakı şəhərində yerləşən 5 saylı Respublika kimya-biologiya təmayüllü internat məktəbinə daxil olmuş, 1975 ci ildə həmin məktəbdən məzun olub.

1975 ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadiyyat fakultəsinə daxil olmuş, 1980 ci ildə həmin institutu bitirərək mühəndis-iqtisadçı ixtisası, eləcə də leytenant hərbi rütbəsi alıb.

1982-1984 cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin Marksizim-Leninizim Universitetinin iqtisadiyyat fakultəsində siyasi təhsil almışdır.

1984-1986 cı illərdə Qazaxıstan SSR də yerləşən Baykanur kosmodromunda baş leytenant rütbəsi ilə siyasi işlər üzrə müavin vəzifəsində xidmət keçmişdir. 

Firqət Qəniyev əmək fəaliyyətinə 1980 ci ildə Sumqayıt kimya-sənaye birliyində baş iqtisadçı olaraq başlamış, 1984 cü ildə Xüsusi Tikinti Quraşdırma nazirliyində mühasib-təftişçi kimi çalışmışdır.

1987-1988 ci illərdə Dövlət Qiymət Komitəsində, 1988-1991 ci illərdə Dövlət Plan Komitəsində, 1992-1994 cü illərdə Azərittifaqın qiymətlərə nəzarət idarəsində müxtəlif vəzifələrdə işləmişdir.

1994 cü ildə İqtisadiyyat Nazirliyinin Baş Qiymətlər İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib və 1998 ci ilə kimi burada çalışmışdır.

1998 ci ildən, 2017 ilin iyun ayına kimi Dölət Gömrük Komitəsinin (DGK) Gömrük Dəyəri şöbəsinin  baş inspektoru və şöbə rəisi vəzifələrində xidmət edib. 

2017 ci ilin iyun ayında gömrük xidməti polkovniki rütbəsində təqaüdə çıxıb. 

Polkovnik Firqət Qəniyev respublikamızda Gömrük dəyəri üzrə Ümumdünya Gömrük təşkilatının beynəlxalq sertifikatına sahib olan az saylı mütəxəssislərdən biridir.

2012 ci ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmə", DGK in sədrinin müvafiq əmrləri ilə DGK nin 20 illiyi və DGK nin 25 illiyi yubiley medallari ilə təltif olunub. Həmçinin Gömrük orqanlarında 10 il qüsursuz fəaliyyətinə görə III dərəcəli, 15 il qüsursuz fəaliyyətinə görə II dərəcəli döş nişanı və müxtəlif fəxri fərmanlarla təltif olunub. 

1998 ci ildən Komitənin Tədris Mərkəzində  və  Gömrük Akademiyasında Gömrük dəyəri və qiymətləndirilməsi fənni üzrə müəllim kimi də fəaliyyət göstərmişdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri