Qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir Vitse spiker
Icma.az, Adelet.az saytına istinadən bildirir.
"Aydın şəkildə müşahidə olunmaqdadır ki, qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər bütövlükdə bəşəriyyətin əhəmiyyətli keçid məqamlarını özündə əks etdirir. Güman edirəm ki, bunun birincisi olaraq texnoloji keçidi qeyd etməliyik. Həyatımızın bütün sahələrində bu keçid özünü göstərməkdədir. Eyni zamanda Azərbaycanda da texnoloji keçid, rəqəmsal inkişaf, robotlaşma, süni intellekt geniş tətbiq olunmağa başlayıb və insanların gələcək həyatı bu keçidlə bilavasitə əlaqədar olacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.
Vitse-spiker bildirib ki, regionaların inkişafı, regional idaretmənin təkmilləşdirilməsi və digər məsələlər bütövlükdə iqtisadi inkişafın, insanların rifahının yaxşılaşdırılmasının mühüm istiqamətlərindən birini təşkil edir:
"Bu gün həyata keçirilən siyasətimizin mərkəzində duran məsələlər içərisində regional inkişaf əhəmiyyətli yer tutur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















