Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq qərarına gəlib
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq və onu ümumi daxili məhsulun (ÜDM) təxminən 5%-nə çatdırmaq istəyir.
Gununsesi.info xəbər verir ki, bu haqda “RMF FM” radiostansiyası məlumat yayıb.
“Hakim koalisiyanın liderləri gələn il müdafiə xərclərini ÜDM-nin ən azı 4,7%-i və ya 190 milyard zlotiyə (təxminən 49,5 milyard dollar) çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər”, – məlumatda deyilir.
Məlumata görə, yeni müdafiə büdcəsinə, xüsusən də silah və hərbi texnikaya əlavə xərclər daxildir.
Cari il üçün Polşanın büdcəsində artıq ÜDM-nin 4,1%-i həcmində rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulub.
Qeyd edək ki, hazırda yalnız beş NATO ölkəsi müdafiəyə ÜDM-nin 3%-dən çoxunu xərcləyir. Bunlar Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstandır.
Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq və onu ümumi daxili məhsulun (ÜDM) təxminən 5%-nə çatdırmaq istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 11 Sentyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















