Icma.az
close
up
RU
Polşa klubuna keçən azərbaycanlı: Bəzi futbolçularımız Latviyada əsas heyətdə oynamırdı, amma klublarımız onlara təklif göndərirdi

Polşa klubuna keçən azərbaycanlı: Bəzi futbolçularımız Latviyada əsas heyətdə oynamırdı, amma klublarımız onlara təklif göndərirdi

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Latviya yüksək liqasında yarışan "Qrobinya"dan ayrıldıqdan sonra 2 gün öncə Polşanın "Flota" komandasına keçən Nazim Məmmədzadə Sportal.az saytına müsahibə verib.

- Son olaraq Latviya yüksək liqasında “Qrobinya”da oynamışdın. Maraqlıdır, ondan sonra sənə maraq və təkliflər daha da çoxalmışdı? Ən azından Latviya yüksək liqasında qala bilərdin?

- Bəzi oyunçularımız Latviyada klublarında heç stabil əsas heyətdə oynamırdı, amma Azərbaycan Premyer Liqası klubları onlara təkliflər göndərirdi. Amma mənə klublarımızın heç birindən zəng də gəlmədi, maraqlanmadılar da. Açığı, başqa ölkə klublarından təkliflərim var idi. Ancaq əməliyyat edildim, 2 ay məşqlərdən də uzaq qaldım. Transferin isə son anları idi. Latviyadan təkliflər var idi, amma son məqamda alınmırdı.

- Azərbaycan Premyer Liqasında oynamaq istəyirdin?

Əlbəttə. Öz ölkəmdə Premyer Liqada oynamaq istəyərdim. Lakin heç bir klub mənə maraq göstərmədi. Variantlar da yalnız Birinci Liqa klublarından idi. Orada isə oynamaq istəmədiyimə görə Polşaya gəldim. 

- Polşa 3-cü liqasında yarışan “Flot”la anlaşdın. Bu kluba keçidin necə alındı? Daha üst liqada oynayan klublardan birinə keçə bilərdin?

Bəli, “Flot”la “transfer pəncərəsi”nin son günündə müqavilə imzaladım. Başqa variantları gözləyirdim. Ancaq heç nə çıxmadı. Futbolsuz qalmaqdansa, qərara aldım ki, Polşada 3-cü liqada oynayım.

- Səncə Polşada əsas liqaya qədər yüksələ bilərsən? Yoxsa, çətin görünür?

Əlimdən gələni edəcəm. Kənardan çətin görünür. Amma mən öz ölkəmi qoyub, bura gəlmişəmsə, məqsədim 3-cü liqada qalmaq deyil. Yuxarı liqalardakı klublara keçmək istəyirəm. Özümə də çox inanıram. Heç kim mənə inanmasa da, mən özümə inanıram. Vacib olan da, budur.

- Hazırda Polşada artıq 4 azərbaycanlı oynayır. Əsas liqada Renat Dadaşov və Rahil Məmmədov, 3-cü liqada isə sən və Ricat Qarayev. Bilirsən, yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Belədə, Polşada azərbaycanlı futbolçuların sayı çoxala bilər?

Bəli, məncə çoxala bilər. Fikrimcə, Azərbaycanda top-5 komanda legionerlər oynadacaq, bizim futbolçular da məcbur qalaraq, oyun dəqiqələri tapmaq, oynamaq üçün başqa ölkələrə getməli olacaq. Polşa da futbol ölkəsidir, əla yerdir. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri