Polşa portalı ADEX 2026 sərgisindən yazıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 5 oktyabr, AZƏRTAC
Polşanın “Zespół Badań i Analiz Militarnych” (“Hərbi Tədqiqat və Təhlil Qrupu”) hərbi məsələlər üzrə ixtisaslaşmış informasiya portalında sentyabrın 30-da Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Türkiyənin Barbaros sisteminin ilk istifadəçisidir” sərlövhəli məqalədə ADEX-2026 çərçivəsində Türkiyənin “Roketsan” şirkəti ilə “Barbaros” mobil sahil müdafiə sisteminin tədarükünə dair müqavilənin imzalandığı bildirilib.
Qeyd edilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri “Atmaca” və “Çakir” gəmiəleyhinə raketlərindən istifadə edən “Barbaros” sisteminin dünyada ilk istifadəçisi olacaq. Sistemin Xəzər dənizində 135 dəniz milindən artıq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olduğu vurğulanıb.
Portal ADEX-2026 sərgisinin qabaqcıl hərbi təyinatlı avadanlıqların nümayiş etdirilməsi baxımından əhəmiyyətini də diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















