Polşa prezidenti Ərdoğana qılınc bağşladı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa Prezidenti Karol Navroçki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nyu-Yorkda qılınc hədiyyə edib.
Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Ərdoğanın iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı Polşa prezidentinə təqdim etdiyi üzərində adı həkk olunmuş revolverin ardınca Navroçki də Nyu-Yorkda Türkiyə liderinə Polşa qılıncı hədiyyə edib.
“Ankarada revolver, Nyu-Yorkda isə Polşa qılıncı”, – deyə Pşidaç paylaşımında qeyd edib.
Qeyd edək ki, iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra Ərdoğan iştirakçı dövlətlərin bir sıra liderlərinə üzərində adları həkk olunmuş revolverlər hədiyyə edib. Hədiyyə qutularında odlu silahla yanaşı, patronlar da olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















