Polşa Rusiyanın aviasiya hərəkətləri ilə bağlı qırıcı təyyarələrini havaya qaldırıb
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
“Rusiya Federasiyasının, xüsusən də Ukraynanın qərbində yerləşən hədəflərə endirdiyi zərbələrlə əlaqədar olaraq, hava məkanımızda hərbi təyyarələr fəaliyyətə başlayıb”, - deyə Komandanlığı “X”dəki məlumatında qeyd edilib.
Polşa ordusu həyəcan vəziyyətində olan cüt döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
Bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi. Bir sıra ərazilərdə partlayışlar qeydə alınıb. Polşa sonuncu dəfə dekabrın 25-də növbətçi qırıcı təyyarələri işə salıb.
Qadir, Bizimyol.info
Baxış sayı:131
Bu xəbər 15 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















