Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Polşa Rusiya pilotsuz təyyarələrinin ölkə ərazisinə müdaxiləsindən sonra hava əməliyyatını başa çatdırıb. Vətəndaşlar zərər çəkmiş obyektlərin dağıntılarına toxunmamağa çağırılır.
Reyting.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığının “X” sosial şəbəkəsindəki açıqlamasında qeyd edilib.
Əlavə olunur ki, ölkənin hava məkanını keçən obyektlərin qəzaya uğradığı yerlərin axtarışı və müəyyənləşdirilməsi davam edir.
Səlahiyyətlilər vətəndaşları - naməlum əşyaların qalıqları aşkar edilərsə, təhlükə yarada biləcəyi üçün onlara yaxınlaşmamağa, toxunmamağa və yerindən tərpətməməyə çağırıb. Belə tapıntılar 112 təcili yardım nömrəsinə və ya ən yaxın polis bölməsinə bildirilməlidir.
Polşa Müdafiə Nazirliyi dəstəyə görə Niderland Krallığının Hərbi Hava Qüvvələrinə və NATO-ya təşəkkür edib. Xüsusilə, “F-35” qırıcıları insident zamanı Polşa səmasının təhlükəsizliyinin qorunmasına köməklik göstərib.
Yerüstü hava hücumundan müdafiə və radar idarəetmə sistemləri standart iş rejiminə qayıdıb.
Polşa ordusu bildirir ki, o, Ukraynadakı hadisələri diqqətlə izləməyə davam edir və Polşa hava məkanının təhlükəsizliyini təmin etməyə tam hazırdır.
Onu da qeyd edək ki, bu gecə Rusiyanın 10-dan çox pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Rusiya dronlarının Polşa ərazisinə daxil olmasına NATO dan reaksiya
10 Sentyabr 2025 12:15
Polşa NATO nun icazəsi olmadan Ukrayna üzərində Rusiya obyektlərini vurmaq istəyir
25 Sentyabr 2025 14:59
“Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq” Polşa XİN başçısı NATO ya çağırış etdi
15 Sentyabr 2025 10:47
Britaniya qırıcıları Polşa üzərində NATO hava müdafiə missiyasına qoşulub
21 Sentyabr 2025 03:13
Polşa AÇIQLADI: NATO Ukraynaya qoşun yeritmək məsələsi üzərində işləyir
20 Fevral 2025 11:47
Baxış sayı:33
Bu xəbər 10 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















