Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq.
Moderator.az xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası ilə təchiz ediləcək.
"Bu gün səhər mən 87-ci zenit alayının formalaşdırılması barədə qərarı imzaladım; 87-ci zenit alayı Bjeskoda yerləşəcək", - nazir qeyd edib.
Kosinak-Kamış əlavə zenit alayının hansı konkret silah nümunələri ilə təchiz ediləcəyini açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 04 Sentyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















