Icma.az
close
up
RU
Polşada yaşayan azərbaycanlı: “Hava qüvvələrinin hərəkətini görürük”

Polşada yaşayan azərbaycanlı: “Hava qüvvələrinin hərəkətini görürük”

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Polşa Hərbi Komandanlığı Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanına daxil olduğunu bildirib.  Polşa ordusu ilk dəfə ordusunu və NATO qüvvələrini Rusiya dronlarına qarşı istifadə edib.

Açıqlamada bildirilir ki, çərşənbə günü Polşa hava məkanına dəfələrlə “dron tipli obyektlər” daxil olub:

“Obyektlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi əməliyyatı davam edir. Silah tətbiq olunub, hərbi qulluqçular vurulan dronların yerlərini müəyyənləşdirmək istiqamətində fəaliyyət göstərirlər”.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, əməliyyat davam edir, Podlaskie, Mazoviekie və Lublin bölgələri risk altında olduğuna görə əhaliyə evdə qalmaq tövsiyə olunub. Müdafiə naziri Vladislav Kosinyak-Kamiş isə Polşa təyyarələrinin “düşmən obyektlərinə qarşı silah tətbiq etdiyini” açıqlayıb.

Polşada yaşayan azərbaycanlı jurnalist Aysel Məhərrəm baş verənlərlə və son durumla bağlı Modern.az-a danışıb.

O, qeyd edib ki, səhər saatlarından hərbi hava qüvvələrinin hərəkətini görürlər:

“Sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya kütləvi hücumu zamanı Polşanın hava məkanını pozub. Planlaşdırılmamış hərbi fəaliyyətə görə bəzi hava limanları "Jeşuv-Yasenka", "Lyublin" beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanı bağlanıb.  Onu qeyd edim ki, “Jeşuv-Yasenka" hava limanı Qərbin Ukraynaya yardımının ötürülməsi üçün əsas logistika mərkəzidir. Biz paytaxt Varşava şəhərində yaşayırıq. Səhər saatlarından hərbi hava qüvvələrinin hərəkətini görürük. Əhaliyə xəbərdarlıq edilib ki, dronlar və ya onların düşdüyü yerlər barədə aidiyyəti qurumlara məlumat verilsin. Bununla bərabər elə ərazilərə yaxın getməməyimiz bildirilib. Amma hazırda vətəndaşların gündəlik həyatını çətinləşdirəcək hər hansı məhdudiyyət tətbiqi yoxdur. Eyni zamanda xəsarət alanlar da yoxdur. Gündəlik iş həyatımız davam edir”.

A.Məhərrəm qeyd edib ki, Polşa höküməti ciddi cavab verdiyini bildirib:

“Baş nazir Donald Tusk Rusiya pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozması səbəbindən hökumət üzvlərini təcili iclasa çağırıb. Eyni zamanda bildirib ki, vəziyyət də ciddidir və müxtəlif ssenarilərə hazır olunmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri