Pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

