Icma.az
close
up
RU
“Pomidorun yalnız 10 15 faizi emala yönəldilir” KONKRET

“Pomidorun yalnız 10 15 faizi emala yönəldilir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanın kənd təsərrüfatında pomidor artıq uzun illərdir həm istehsal, həm də ixrac üzrə lider mövqeyini qoruyur. Ölkədə pomidor istehsalı kifayət qədər yüksəkdir və bu sahə ildən-ilə genişlənərək iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilir. Təzə pomidor ixracının qeyri-neft sektorunda uzun müddətdir ilk yerlərdə olması, həm həcmin, həm də bazar payının artması bu potensialı daha da gücləndirir. Lakin mövcud göstəricilər əsasən xammal – yəni təzə pomidor satışına aiddir. Bu isə çox vacib bir sualı gündəmə gətirir. Bəs pomidorun emalı və emal məhsullarının istehsalı hansı səviyyədədir? Ölkəmizdə pomidor emalının potensialı nə qədərdir?

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, pomidor emalı ümumi məhsulun çox cüzi hissəsini təşkil edir: “Azərbaycanda pomidor istehsalı və ixracı sürətlə artır. Amma pomidorun emalı – konserv, tomat pastası, ketçup və s. hələ xammal istehsalına nisbətən məhduddur. Azərbaycanda sənaye emalı xammal istehsalına nisbətən kiçik pay təşkil edir. Son illərin beynəlxalq təhlilləri göstərir ki, emal olunan hissə əvvəlki illərdə istehsalın 3 faizi səviyyələrində olub. Bu o deməkdir ki, əsas kütlə təzə pomidor kimi satılır, sənaye emalı isə hələ ümumi istehsalın kiçik hissəsini tutur”.

A.Nəsirli mağazalarda qarşımıza çıxan yerli məhsullardan da bəhs etdi:

“Azərbaycanda həm tomat pastası, həm də ketçup mağaza şəbəkələrində satılır. Yəni bu məhsullar daxildə hazırlanır. Mağazalarda yerli və idxal ketçuplarının qarışığını da görmək olar”.

İqtisadçının fikrincə, pomidor məhsulları içində tomat pastası daha çox istehsal olunur:

“Dünya praktikası və regional təcrübəyə görə tomat pastası böyük miqyasda ixrac və sənaye tədarükü baxımından əksər hallarda daha gəlirli olur. Ketçup-sous isə əlavə emal xərcinə, fermentlərə, əlavələrə və brend-marketinqə bağlıdır, amma daha çox istehsal-marketinq investisiyası tələb edir. Azərbaycanda pastanın kütləvi emalı üzrə beynəlxalq rəqabətə çıxacaq böyük sənaye həcmi məhduddur. Buna görə gəlirlilik konkret şirkətdən-şirkətə fərqlənir”.

A.Nəsirli bildirib ki, sırf statistikada bu məhsullarla bağlı heç bir məlumat qeyd olunmur. Buna da səbəb rəqəmlərin azlığıdır:

“Emal olunmuş məhsulların tam daxili tələbatı ödəməsi və yerli istehsal payı kateqoriyadan-kateqoriyaya dəyişir. Yerli pomidordan hazırlanan məhsullarla bazarın bir hissəsini təmin edirik. Çox kiçik səviyyədə ixrac da edirik. Amma kütləvi ixrac mövcud deyil. Pomidor məhsulları ilə bağlı ümumi statistika da göstərilmir. Bu da onların bazarda çox kiçik həcmdə olduğundan xəbər verir. Pomidor istehsalının təxminən üç faizi emal edilir. O da yerli tələbatın bir hissəsini ödəyir. Qalan hissəsi isə idxal olunur”.

İqtisadçı Cəfər İbrahimli düşünür ki, emal müəssisələrinin olması istehsal olunan məhsulun itkiyə getməməsi üçün çox vacibdir:

“İstehsal olunan pomidorun bir hissəsi emala yönəldilir. Emala yönəldilən istehsal olunan məhsulun 10-15 faizi həcmindədir. Pomidorun emal olunmasının üstün cəhətləri mövcuddur. Çünki pomidor bir müddət qaldıqdan sonra xarab olur. İstehlak olunmayan hissədə itkinin qarşısının alınması üçün konserv zavodları böyük rol oynayırlar. Zavodlar olmasaydı pomidorun 20-30 faizi itkiyə gedərdi”.

C.İbrahimlinin sözlərinə görə, emal müəssisələrinin tam güclə işləməsi üçün bütün imkanlar mövcuddur:

“Hazırda Azərbaycanda bu sahə üzrə konserv zavodları mövcuddur. Regionlarda kifayət qədər konserv zavodları var. Bu zavodlar pomidorun emalında istifadə olunur. Bu zavodlar həm özləri pomidor yetişdirir, həm də fermerlərdən pomidor satın alaraq emalı təmin edirlər. Emalın artırılması üçün ölkəmizdə kifayət qədər imkanlar mövcuddur. İstehsal artdıqca emal da artacaq”.

İqtisadçı deyir ki, emal olunan məhsulun çox cüzi hissəsi ixraca yönəldilir:

“Yerli pomidorlardan hazırlanan məhsulların bir hissəsi daxili bazara çıxarılır. O səbəbdən pomidorun emalı, konservləşdirilməsi ilə bağlı ölkəmizdə heç bir problem mövcud deyil. Hətta öz daxili bazarımız təmin olunduqdan sonra emal olunan məhsullar ixrac üçün də ayrılır. Bir hissəsi isə ixraca yönəldilir. Lakin emal məhsullarının ixracı çox cüzi səviyyədədir”.

Məlumat üçün bildirək ki, Azərbaycanda pomidor istehsalı yüksək səviyyədədir və bu xammalın emalı ölkənin əsas konserv zavodlarında həyata keçirilir. Onlardan biri Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodudur. Zavod pomidor emalı sahəsində aparıcıdır. Məhsullar tənəkə, şüşə, aseptik torba, karton və plastik qablaşdırmalarda təqdim olunur. Zavodun pomidor emalı üzrə faktiki istehsal həcmi barədə dəqiq məlumat yoxdur. Biləsuvar Konserv Zavodu da pomidor məhsulları istehsal edir. Zavod pomidor emalı üzrə regionun əsas müəssisələrindən biridir. Lənkəran Konserv Zavodu da bu sahədə fəaliyyət göstərərək pomidor məhsulları istehsalını həyata keçirir. Bu zavodlarda müxtəlif markalara aid tomat pastası, soyulmuş pomidor, pomidor turşusu və digər tərkibində pomidor olan konservləşdirilmiş məhsullar istehsal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri