Icma.az
close
up
RU
Poqbanın oğurlanmasıyla bağlı altı şəxs mühakimə olundu

Poqbanın oğurlanmasıyla bağlı altı şəxs mühakimə olundu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 19-da Paris Cinayət Məhkəməsində Pol Poqbanın 2022-ci ilin martında oğurlanması ilə bağlı keçirilən proses başa çatıb. Dekabrın əvvəlində, 7 gün ərzində məhkəmə dinləmələri keçirilib, ardından ittiham olunan 6 nəfərə hökm oxunub. Onların arasında futbolçunun böyük qardaşı Matias da var.

Xatırladaq ki, Pol 2022-nin martında Fransa yığmasının düşərgəsinə yollanmaq ərəfəsində Parisətrafı şəhərciyə yollanmışdı ki, yaxınlarına baş çəksin. Şəhərciyə çatan kimi onu oğurlamışdılar – ünlü yarımmüdafiəçi gözünü açanda özünü boş otaqda görmüşdü. Orda ona tapança ilə hədə-qorxu gələn şəxslər 13 milyon avro tələb etmişdilər. Pol cinayətkarlardan birinin karyerasını aşağı liqalarda keçirən qardaşı Matias olduğunu bilmişdi. Böyük qardaş Rotterdam “Sparta”sı, “Peskara”, “Rekshem”, “Kryu Aleksandru” və başqa tanınmayan klublarda oynayıb.
Yarımmüdafiəçini azad etdilər, o isə polisə üz tutdu. Fransa mediası xəbər verir ki, futbolçu uzun müddət uşaqlıq dostlarına maliyyə yardımı edib, lakin kredit kartının oğurlanmasına etiraz əlaməti kimi yardımı dayandırıb. Elə həmin ilin sentyabrında Matias və əlaltıları həbs olundu, ancaq bir müddət sonra Polla ünsiyyətlərinə və Fransadan çıxışa qadağa qoyulmaqla onları azad etdilər.
Ümumilikdə işdə 6 nəfərin adı keçirdi, onların hər birinə həbs cəzası kəsilib. Matias ən yüngül cəza alıb – ikisi şərti olmaqla üç il, həmçinin 20 min avro cərimə. Məhkəmə iclaslarının birində prokuror izah edib ki, Matias artıq cinayət planlaşdırılandan sonra bandaya qoşulub, bu üzdən cəzası yüngül olmalıdı. Bununla belə, böyük Poqbanın vəkili Mbeko Tabula yenə də narazı qalıb. O, müştərisinin günahsız olduğunu iddia edir və apellyasiya şikayəti yazacaq:

“Bu, gözləntilərimizə uyğun olmayan hədsiz sərt cəzadı. Matiasla danışacam, ancaq düşünürəm ki, apellyasiya şikayəti verməli olacağıq. By qərar reallıqda başverənlərə qətiyyən uyğun gəlmir. Matiaş şokdadı. O lap əvvəldən günahsız olduğunu bildirir. Dediyinə görə, onu manipulyasiya, məcbur ediblər, təzyiq göstəriblər. Yoxsa heç vaxt qardaşına münasibətdə pis davranmazdı. Məhkəmə onun asılılığını nəzərə almayıb, müştərim bəzi hərəkətləri etməyə məcbur olub”.


Banda üzvlərindən Ruşdeyn K. ən ağır cəzaya məruz qalıb – 8 il həbs. Qalan cinayətkarlar müəyyən hissəsi şərti olmaqla 4-5 illiyə həbsə məhkum olunublar. Ruşdeynin vəkini Dafne Pulyezi prosesin axarına qəzəbli reaksiya verib. Onu qəzəbləndirən əsas məqamlar Pol Poqbanın məhkəmədə iştirak etməməsi, eləcə də məhz futbolçunun adına görə müştərisinin daha ağır cəza almasıdı:

“Polun yoxluğuna görə çox təəssüflənirəm. Ona ünvanlanası çoxlu sualımız var. Pol bu işdə qurbandı – buna şübhə etmirik. Ancaq o, ifadələrində heç də səmimi deyil. Və onun ifadələri sözlərindən başqa heç bir ittihamın olmadığı bu işin axarında böyük rol oynadı. Məhz Pol amili üzündən bu işə başqa işlər kimi yanaşılmadı. Prosesdə iki prokuror iştirak etdi, adətən, belə işlərdə bir prokuror da kifayətdi. Kütləvi informasiya vasitələri hər şeyi işıqlandırdı. Bu üzdən düşünürəm ki, Poqbanın məşhurluğuna görə hökmlər bir qədər sərt oldu. Bəlkə də Polun sözləri başqa hər şeydən daha vacib sayıldı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri