Icma.az
close
up
RU
Poroşenkonun oğlu axtarışa verildi

Poroşenkonun oğlu axtarışa verildi

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko hərbi komissarlığa gəlmədiyi üçün axtarışa verilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb. Bildirilir ki, Aleksey iki dəfə - sentyabrın 4-də və oktyabrın 21-də hərbi komissarlığa çağırılıb, lakin o, hər iki çağırışa məhəl qoymayıb.

Məlumata görə, o, ehtiyatda olan leytenantdır. Qeyd olunub ki, Aleksey Poroşenko həyat yoldaşı və iki uşağı ilə birlikdə ya Londonda, ya da Sinqapurda yaşayır. O, atasından miras qalan Ukraynada yerləşən ailə biznesini uzaqdan idarə edir.

seeBaxış sayı:86
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri