Icma.az
close
up
RU
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” deyib Vüsaləni əsəbiləşdirdilər

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” deyib Vüsaləni əsəbiləşdirdilər

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İllərdir sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini nümayiş etdirən Vüsalə Əlizadə dilə-ağıza düşüb.

Aparıcının villasından, geniş həyətindən, bahalı interyerə malik evindən, lüks avtomobilindən və istirahətlərindən paylaşdığı görüntülər çoxlarında həsəd yaradıb.

Məhz buna görə onun “kirayədə qalıram” açıqlaması bu dəfə izləyicilər arasında təəccüb, etiraz və istehza ilə qarşılanıb. pizza mizza

“Yeni Sabah” xəbər verir ki, aparıcı hazırda yaşadığı evdən köçdüyünü bildirərək bunun onun üçün ağır proses olduğunu yazıb.

V.Əlizadə paylaşımında illərdir övladının təhsili və gələcəyi üçün bu yükə qatlaşdığını, kirayədə qaldığı hər evə doğma evi kimi bağlandığını qeyd edib. O, tezliklə öz evinə köçməyi arzuladığını vurğulayıb.

Lakin aparıcının bu sözləri izləyicilərin böyük əksəriyyətini inandıra bilməyib. Sosial media istifadəçiləri Vüsalənin uzun müddətdir sosial şəbəkədə bağ evini, bahalı avtomobilini və komfortlu yaşayışını nümayiş etdirdiyini xatırladaraq kirayədə yaşaması ilə bağlı dediklərini səmimi hesab etməyib.

Şərhlərdə “Porsche” sürən biri necə kirayədə qala bilir?", "Vaxtilə bağ evini, lüks maşınını özün paylaşırdın, indi necə oldu kirayədə qaldın?", "Sənin istirahət etdiyin məkanların qiyməti bir evin puludur", "Bağ evi varsa, ya orada yaşa, ya da satıb ev al" kimi fikirlər yer alıb.

Bəzi istifadəçilər isə aparıcını yalan danışmaqda, insanları aldatmaqda və özünü yazıq göstərməyə çalışmaqda ittiham ediblər. Rəylərdə teleaparıcının paylaşımına dəstək verən şərhlərə isə demək olar ki, rast gəlinməyib.

Qeyd edək ki, Vüsalə Əlizadə paylaşımının sonunda "Allah qismət etsin, tezliklə öz evimizə köçək" sözlərini yazaraq, onu tənqid edənləri Allaha həvalə etdiyini bildirib.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri