Porşe ilə avtoşluq edən qadın sürücü həbs edildi Sərxoş olub
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda “Porşe” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.
Axar.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porşe” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















