Porsuğu taxta ilə öldürüb ətini yeyən qazi CƏRİMƏLƏNDİ
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daşkəsəndə heyvanla rəhmsiz davranan kənd sakini saxlanılıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Dəstəfur kəndində qeydə alınıb.
Kənd sakini 31 yaşlı Behbud Ataşov (ad və soyad şərtidir) çöl heyvanı olan porsuqla rəhmsiz davranıb onu öldürdüyü üçün saxlanılaraq, barəsində inzibati protokol tərtib olunub.
Behbud Ataşovun sözlərinə görə, porsuq onların kələm təsərrüfatına ziyan vurduğu üçün tələ quraraq, heyvanı tutub. Sonra onu kəsərək, ətindən qida kimi istifadə edib. Onun heyvanı taxta parçası ilə vuraraq, öldürdüyü qeyd olunub. Məlumata görə, polis əməkdaşları Ataşovu şöbəyə dəvət etsələr də, o, çağırışa məhəl qoymayıb. Nəticədə əməkdaşları onun yaşadığı evə gələrək, Behbud Ataşovu şöbəyə aparıblar.
İkinci Qarabağ müharibəsi iştirakçısı olan Behbud Ataşov əməlindən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Daşkəsən rayon Məhkəməsinin qərarı ilə Behbud Ataşov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin olunub. /LENT.AZ
Milli.Az
Baxış sayı:102
Bu xəbər 28 Yanvar 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















