Icma.az
close
up
RU
Portu nun sabiq futbolçusu: Milan da oynayan yaxın dostum Rafael Leauya Azərbaycan barədə danışmışam MÜSAHİBƏ

Portu nun sabiq futbolçusu: Milan da oynayan yaxın dostum Rafael Leauya Azərbaycan barədə danışmışam MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Vaxtilə Portuqaliya millisinin aşağı yaş qrupları üzrə yığmalarında və həmin ölkənin "Portu" komandasında çıxış etmiş, hazırda isə "Səbail" klubunun formasını geyinən Madi Keta AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Misli Premyer Liqasının XX turunda doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdiniz. Həmin matç barədə nə deyə bilərsiniz?

-Çətin oyun oldu. Həftə ərzində həmin matça çox ciddi hazırlaşmışdıq. Rəqibin əvvəlki görüşlərinin videoyazılarını izləmişdik. Layiqli qələbə qazandıq.

-Bu mövsüm komandanın qeyri-stabil çıxış etməsinin əsas səbəbi nədir?

-Heç bir komanda eyni səviyyədə çıxış etmir. Bəzi mövsümlərdə eniş olur; səbəb kimi bunu deyə bilərəm. İndi məqsəd liqada yerimizi qorumaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm.

-Əvvəlki baş məşqçiniz Şahin Diniyevin işi niyə uğursuz oldu?

-Burada yalnız məşqçini günahlandırmaq olmaz. Onunla gözəl oyunlarımız da oldu. Şahin Diniyevə gələcək karyerasında uğurlar arzulayıram.

-Onun yerinə gələn Cavid Hüseynov barədə fikirlərinizi bilmək istərdik...

-Sakit insandır. Gənc məşqçilər hər zaman enerjili olurlar. O, komandada uğur qazanmaq üçün əlindən gələni edir.

-Bir müddətdir Azərbaycanda yaşayırsınız. Ölkəmiz və paytaxt Bakı haqqında təəssüratlarınız necədir?

-Azərbaycan barədə yalnız xoş fikirlərim var. Bakını çox sevirəm. Yeməklərinizə söz ola bilməz. Ən xoşladığım yemək toyuq qızartmasıdır. Boş vaxtlarımda isə film izləyirəm.

-Karyeranızı vərəqləsək, Portuqaliya millisinin aşağı yaş qruplarında və həmin ölkənin "Portu" komandasında çıxış etdiyinizi görürük. Həmin dövrü necə xatırlayırsınız?

-Hər iki formanı geyinmək maraqlı macəra, böyük təcrübə idi. Çox şey öyrəndim, yeni dostlar qazandım. Hətta “Portu”nun əsas heyətinin üzvləri ilə birgə olmuşam. Hazırda İtaliyanın "Milan" komandasında çıxış edən Rafael Leau və Türkiyənin "Beşiktaş" klubunun formasını geyinən Gedson Fernandeşlə vaxtilə eyni millidə oynamışam. Rafael ilə indi də dostluq münasibətim var. Bəzən onunla telefon vasitəsilə söhbət edirik. Ona Azərbaycan barədə danışmışam.

-Bəs Portuqaliya millisinin və "Portu"nun əsas komandasına yüksələ bilməməyinizə nə səbəb oldu?

-Düşünürəm ki, onların istədiyi səviyyəyə çata bilmədim.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri