Icma.az
close
up
RU
Portuqaliya millisində baş məşqçi olduğum dövrdə... Santuş Jotadan danışdı

Portuqaliya millisində baş məşqçi olduğum dövrdə... Santuş Jotadan danışdı

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş ötən gün avtomobil qəzasında həlak olan “Liverpul”un hücumçusu Dioqu Jota barədə danışıb.

"Unikal" xəbər verir ki, 70 yaşlı mütəxəssis “A Bola” nəşrinə açıqlamasında həmyerlisi barədə fikir bildirməyin çətin olduğunu bildirib.

F. Santuş mərhum futbolçu üçün dua edəcəyini bildirib: “O, böyük futbolçu və hər şeydən əvvəl əla insan idi. Bu situasiyada nəsə danışmaq çətindir. Mən Portuqaliya millisində baş məşqçi olduğum dövrdə Jota 22 yaşında yığmada debüt etmişdi. Dünyanın ən yaxşı oyunçusu Kriştianu Ronaldunun kölgəsində qalsa da, hər zaman öz yerini tapdı. Onun milli komandada oynamağa böyük həvəsi var idi. Zədəli olduğu üçün Qətərdə keçirilən dünya çempionatına gedə bilməmişdi. “Liverpul”un heyətində zədə almışdı. Həmin vaxt onu ziyarətə getmişdim. Zədəli olmasına baxmayaraq, Qətərdə bizi görməyə gəlmişdi. Təlim-məşq toplanışlarını izləyirdi. Təəssüf ki, Jota artıq həyatda yoxdur. İndi yalnız ailəsi, həyat yoldaşı və geridə qoyub getdiyi üç uşağı haqqında düşünə bilərəm".

Qeyd edək ki, Dioqu Jota Portuqaliya yığmasının heyətində 49 matçda 14 qolla yadda qalıb. O, iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri