Portuqaliya millisinin kapitanı kim olacaq?
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun yığmadan ayrılmasından sonra kapitanlıq sarğısına namizəd olan futbolçuların adlarını açıqlayıb.
QOL.az xəbər verir ki, mütəxəssis bu barədə “Record” nəşrinə danışıb.
O bildirib ki, millidə kapitan seçimi futbolçuların keçirdiyi oyunların sayına əsasən müəyyənləşdirilir.
“Hazırda yığmada ən çox oyun keçirən beş futbolçu var. Maraqlıdır ki, onların hamısı vaxtilə çalışdırdığım klublarda mənim rəhbərliyim altında çıxış ediblər. Bu prinsip bundan sonra da qorunacaq.
Kriştiano Ronaldodan sonra ən çox oyuna Bernardu Silva çıxıb. Daha sonra Ruben Diaş, Joau Kanselu, Ruben Neveş və Bruno Fernandeş gəlir. Ardıcıllıq mütləq bu cür deyil, amma namizədlər həmin beş futbolçudur”, - deyə Jezuş bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 06 Noyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















