Portuqaliya millisinin müdafiəçisi Bavariya ya keçə bilər
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Benfika"nın müdafiəçisi Tomaş Arauju karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Münhen nəhəngi Araujunu gələn yay heyətinə qatmağı planlaşdırır. 24 yaşlı mərkəz müdafiəçisinin "Benfika" ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Lakin buna baxmayaraq, klub oyunçunu 35-40 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Tomaş Arauju 2016-cı ildə "Benfika"nın akademiyasına qoşulub. Portuqaliya millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Noyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















