Portuqaliya Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna 600 min avro ayıracaq
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Portuqaliyanın Baş naziri Luiş Montenerqu ölkəsinin Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna ilk töhfə olaraq 600 min avro ayıracağını açıqlayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X"də paylaşım edib.
Sviridenko qeyd edib ki, Portuqaliyanın xüsusilə PURL və SAFE vasitəsilə müdafiə dəstəyi Ukraynanın dayanıqlığının gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. O, həmçinin "Build in Ukraine" və "Build with Ukraine" təşəbbüsləri çərçivəsində birgə əməkdaşlıq imkanlarının, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində böyük potensialın olduğunu vurğulayıb.
Tərəflər hökumətlərarası sazişin imzalanması məsələsini də müzakirə ediblər. Bu saziş Portuqaliya investisiyalarının Ukrayna bazarına cəlb edilməsinə şərait yaradacaq.
Sviridenko əlavə edib ki, Ukrayna Avropa İttifaqı liderlərinin 2026 və 2027-ci illərdə ölkəyə 90 milyard avro maliyyə ayırmaq qərarına görə minnətdardır.
"Bu, Ukrayna üçün inanılmaz dərəcədə vacib yardımdır", – Baş nazir fikirlərini yekunlaşdırıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Dekabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















