Portuqaliyada İmişli nin Sumqayıt ı məğlub etməsindən danışırlar bəs, biabırçılıqdan xəbərləri varmı?
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
"İmişli"nin Misli premyer-liqasının 4-cü turunda evdə "Sumqayıt"ı məğlub etməsinə (1:0) Portuqaliya mətbuatında da yer verilib. Əlbəttə, bu səbəbsiz deyil. Ona görə ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya və futbolçusu Dioqo Almeyda portuqaliyalıdı.
"Football-plus.az" xəbər verir ki "A Bola" nəşri Aran təmsilçisinin qələbəsini belə şərh edib:
"56 yaşlı Jorj Kaşkilya 2025/26 mövsümünün əvvəlindən Azərbaycanın "İmişli" komandasına rəhbərlik edir. Onun komandası 4-cü tur matçında "Sumqayıt"ı məğlub edib. Buna qonaqların qapıçısı Mehdi Cənnətovun avtoqola imza atması səbəb olub. İndi "İmişli" turnir cədvəlində 4-cü pilləsindədi. Həmin oyunda Kaşkilyanın futbolçusu, portuqaliyalı Dioqo Almeyda 90 dəqiqə meydanda olub".
KƏNAN BAHADIR


