Icma.az
close
up
RU
Portuqaliyalı agentlər məndən “Qarabağ”ın üç futbolçusu haqda məlumat almışdı Elvin niyə getmir?

Portuqaliyalı agentlər məndən “Qarabağ”ın üç futbolçusu haqda məlumat almışdı Elvin niyə getmir?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bilindiyi kimi, “Futbol+”in 27-ci dəfə keçirdiyi “İlin ən yaxşı futbolçusu” sorğusunun qalibi “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev oldu.

Bəllidi ki, bu sorğuda futbol ictimaiyyətinin əksər nümayəndələrinin səs haqqı olduğundan, qalibin bu adı nə dərəcədə haqq edib-etmədiyi müzakirəyə qapalı mövzudu. Kimsə Elvinin qələbəsinə şübhə edə bilməz. Bir daha xatırladaq ki, “Qarabağ”ın cinah müdafiəçi ən yaxın izləyicisi – həmklubu Bəhlul Mustafazadəni 96 xal qabaqladı.
İndi sual doğuran daha bir məqam 2025-in ən yaxşı futbolçusunun karyerasının necə davam edəcəyidi. Müasir futbolda daha uca zirvələrə qalxmaq üçün sükanı olduğu kimi saxlamaq belə işə yaramaya bilər. Bununla belə, ilin ilk günlərində Elvinlə bağlı maraqlı iddialar ortaya atılıb. Məsələn, “Qarabağ” onunla cari mövsümün sonuna qədər qüvvədə olan müqavilənin müddətini daha 3 il artırmaq niyyətindədi. Son bilgi belədi ki, sol cinah müdafiəçisi özü də bu addımda maraqlıdı. Azı ona görə ki, başqa kluba gedəcəyi təqdirdə sabiq komandasına daha çox pul qazandıra bilsin.
Başqa klub demişkən, futbolçuya ölkə xaricindən gələn təkliflər də var. Bəzi həmkarlarımız bildirir ki, A seriyasının bir neçə iştirakçısı Elvinlə yaxından maraqlanır. Öz aramızdı, 25 yaşlı oyunçu da legioner həyatı yaşamaq istəyir. O, hələ bir neçə ay əvvəl demişdi ki, yaxşı təklif gəlsə, “Qarabağ”dan gedəcək, sadəcə, bunun üçün şərtlər uyğun olmalıdı.
Bəs, Elvin hazırda hansı addımı atmalıdı ki, karyerasında daha ciddi irəliləyişə nail olsun? Onun legioner həyatı yaşamağa hazır olduğunu demək mümkündümü? Bu sualları menecer Emil Şükürova ünvanladıq:

“Onun ilin ən yaxşı futbolçusu seçilməsinə təəccüblənmədim. Çünki son iki-üç ildə yüksək səviyyədə oyun sərgiləyib. Məncə, legioner həyatı yaşamağa çoxdan hazırdı. Hətta bir neçə il əvvəl portuqaliyalı agentlər məndən “Qarabağ”ın üç futbolçusu haqda məlumat almışdı. Bu sırada Elvin də var idi. O, Avropada çıxış edə bilər. Fiziki hazırlıq səviyyəsi çox yaxşıdı. Bu səbəbdən fiziki güc tələb edən çempionatlarda çıxış edə bilər. Xatırlayıram ki, macarıstanlı sol cinah müdafiəçilərindən biri yaxınlarda çempionşipə transfer olundu və hazırda yaxşı oyun göstərir. Məncə, Elvin də bu çempionatda sözünü deyə bilər. Ona lazım olan şey özünü psixoloji baxımdan daha üstün səviyyəyə çatdırmaqdı. Hiss olunur ki, emosional futbolçudu. Oyun tərzi, sürəti, matça köklənməsi, hücuma yardım etməsi, məhsuldar ötürmələri, cərimə meydançasına daxil olması, demək olar kİ, qüsursuzdu. “Qarabağ” Elvinlə müqavilənin müddətini artırırsa, deməli, onu baha qiymətə satmağa hazırlaşır. Təcrübə bunu göstərir. Elvin “Qarabağ”a daha çox pul qazandırmaq istəyir. Belədisə, doğru addımdı. Onu bu səviyyəyə çatdıran komandaya bu cür təşəkkür etmək olar. Elvinə uğurlar arzulayıram. İnanıram ki, legioner həyatı yaşayacağı halda, ölkəmizi layiqincə təmsil edəcək”.

KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri