Portuqaliyalı akademik: Hər dəfə Şuşaya gələndə burada aparılan bərpa işlərini görüb çox təsirlənirəm
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşa, 23 oktyabr, AZƏRTAC
Bu, mənim Şuşaya üçüncü gəlişimdir. Hər dəfə buraya gələndə aparılan bərpa işlərini görüb çox təsirlənirəm. Binaların və yerli mədəniyyətin qorunması istiqamətində görülən işlər doğrudan da heyranedicidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında portuqaliyalı akademik Loik Pedras söyləyib.
O bildirib ki, burada həyata işləri aydın şəkildə görmək mümkündür.
"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Mənim üçün ən maraqlı və təsirli olan məqam baş verənlərdən sonra burada həyatın yenidən normal axarına qayıtmasıdır. Bu, əsl möcüzədir. Çünki sülh olmadan inkişaf mümkün deyil. İndi isə həm sülhü, həm də inkişafı görürük",- deyə L. Pedras əlavə edib.

Mbappe portuqaliyalı futbolçunu Real a məsləhət görüb
03 Fevral 2025 14:31
Portuqaliyalı baş məşqçi hər kəsi qabaqladı
04 Aprel 2025 16:50
Şuşaya köç edən sakin: İllər sonra Şuşaya qayıtmaq çox sevincli, qürurludur
23 Dekabr 2024 08:04
Məsud Pezeşkian Şuşaya getdi: Çox qəşəng yerdir
04 İyul 2025 19:26
Biz Şuşaya qayıtmışıq
06 Noyabr 2024 12:22

