Icma.az
close
up
RU
“Postbəşər dövrünün Suriyasında rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir” deputat

“Postbəşər dövrünün Suriyasında rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir” deputat

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyada səfərdə oldu. Bu səfər təsadüfi sayılmamalıdır. Çünki Türkiyənin Suriyada çox ciddi təhlükəsizlik maraqları cəmlənib. Bu heç kəsə sirr deyil ki, Türkiyə ərazisində Suriyada yaşanan vətəndaş müharibəsi fonunda 4 milyona qədər qaçqın var. Türkiyə onlara qucaq açdı, böyük dəstək verdi, indi də onların öz torpaqlarına qayıdışı problemlərinin həlli ilə məşğuldur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O vurğulayıb ki, Suriya ərazisindən Türkiyəyə qarşı iki istiqamətdə təzyiqlər olub: “Birincisi, Bəşər Əsəd hökuməti tərəfindən, ikincisi isə B.Əsəd hökuməti ilə sıx əlaqədə olan PKK-nın tör-töküntüləri olan YPD-nin, PYD-nin Türkiyəyə qarşı terror təhlükələri fonunda. Bu reallıq vadar edir ki, Türkiyə Suriyadakı proseslərdə fəal iştirakçı olsun. Nəzərə alsaq ki, Suriyada hələ B.Əsəd dönəmində vətəndaş müharibəsi reallıqlarında Türkiyə ilə yanaşı, İranın, Rusiyanın, ABŞ-nin, İsrailin də hərbi qüvvələri cəmlənmişdi. ABŞ-nin Suriyada 900-ə qədər əsgər və zabiti var. Onlar da birbaşa Türkiyə əleyhinə olan kürt terrorçu təşkilatlarını dəstəkləyirdilər, hətta bunu gizlətmirdilər də. Belə olan təqdirdə heç şübhəsiz ki, Türkiyə Suriyada yaranmış yeni reallıqda təhlükəsizlik maraqlarından çıxış edərək həm də öz geostrateji maraqlarından irəli gələrək Suriyadakı proseslərdə fəal tərəfdir. Nəzərə alsaq ki, B.Əsədin üzərində qalib gəlməsində xüsusi rol oynamış islamçı qruplaşma Təhrir əş-Şam da Türkiyənin fəaliyyətini müdafiə edir. Türkiyə də onları müdafiə edir. Belə olan halda isə Postbəşər dövrünün Suriyasında rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir, anlaşılandır və Türkiyə də məhz bu reallıqlardan çıxış edərək öz fəaliyyətini həyata keçirir. Bu baxımdan Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Suriya səfəri, apardığı danışıqlar tam Türkiyənin milli maraqlarına cavab verir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri