Icma.az
close
up
RU
Postmüharibə dövründə sülh siyasəti

Postmüharibə dövründə sülh siyasəti

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan öz təhlükəsizliyini təmin etmək gücündədir”

Zəfər Günü münasibətilə dünyanın aparıcı dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri Azərbaycana rəsmi təbriklər ünvanlayıblar. Bu təbriklərin həm rəsmi kanallar, həm də beynəlxalq media vasitəsilə geniş şəkildə işıqlandırılması 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin artıq qlobal miqyasda tanındığını, Azərbaycanın regionda yeni reallıqlar formalaşdıran qalib dövlət kimi qəbul olunduğunu bir daha nümayiş etdirir.

Dünya liderlərinin ünvanladığı təbriklər təkcə dostluq və həmrəylik jesti kimi deyil, həm də Azərbaycanın ədalətli mövqeyinə, beynəlxalq hüquqa əsaslanan siyasətinə və sülhə yönəlmiş təşəbbüslərinə verilən yüksək siyasi qiymət kimi dəyərləndirilir. Bu, həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də regional sabitlik və əməkdaşlıq proseslərində fəal iştirakının göstəricisidir.

Əlavə edək ki, Paradda Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə yanaşı, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın müdafiə nazirinin müavinləri və digər müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycanın dünyaya mesajı

Politoloq Elman Telmanoğlu söyləyib ki, 8 Noyabr "Zəfər Günü" münasibətilə Bakıda keçirilən hərbi parad təkcə Azərbaycanın tarixi qələbəsinin nümayişi deyil, həm də regiona güclü siyasi mesaj kimi qiymətləndirilir: “Parad Azərbaycanın dövlət suverenliyini, milli gücünü və təhlükəsizlik siyasətindəki qətiyyətini bir daha nümayiş etdirdi. Hərbi paradın əsas mahiyyəti Azərbaycanın postmüharibə dövründə sülh və sabitlik siyasətini qorumaqla yanaşı, regionda geosiyasi balansın dəyişməsində aktiv rol oynadığını göstərmək idi. Ordunun modernləşmiş texnikasının və yüksək döyüş hazırlığının nümayişi isə Azərbaycanın öz təhlükəsizliyini təmin etmək gücündə olduğunu bütün dünyaya mesaj verdi. Türkiyə və Pakistanın iştirakı qardaşlıq və strateji həmrəyliyin göstəricisidir”.

Yeni geosiyasi həmrəylik xətti

E.Telmanoğlu bildirib ki, paradın ən diqqətçəkən məqamlarından biri Türkiyə və Pakistan hərbi kontingentlərinin iştirakı oldu: “Bu, təkcə dostluq jesti deyil, eyni zamanda, Ankara–Bakı–İslamabad üçtərəfli strateji əməkdaşlığının rəmzi idi. Türkiyənin iştirakı Azərbaycanla hərbi-siyasi müttəfiqliyin, “Bir millət, iki dövlət” prinsipinin real təzahürü kimi dəyərləndirilir. Bu, regionda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının davamlı və dərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Pakistanın iştirakı isə müsəlman dünyasında Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyin göstəricisidir. İslamabadın bu paradda təmsil olunması Cənubi Qafqazda yeni geosiyasi həmrəylik xəttinin formalaşdığını göstərdi”.

Politoloqun sözlərinə görə, nəticə etibarilə, Bakıda keçirilən Zəfər paradı yalnız hərbi güc nümayişi deyil, həm də regional sabitlik, müttəfiqlik və strateji həmrəyliyin simvolu kimi dəyərləndirilir: “Azərbaycan bu paradda verdiyi mesajla göstərdi ki, onun suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş hər hansı təhdidə qarşı yalnız deyil, güclü tərəfdaşlar və sarsılmaz müttəfiqlərlə birgə dayanır”.

Müttəfiqlik bağları

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı bu dəfə təkcə Azərbaycanın hərbi qüdrətini deyil, həm də onun diplomatik nüfuzunu nümayiş etdirdi: “Paradda iştirak edən çoxsaylı xarici nümayəndə heyətləri, Azərbaycanın regional və qlobal təhlükəsizlik sistemində artan rolunun real göstəricisinə çevrildi. Tədbirdə Türkiyə və Pakistanın ali səviyyəli nümayəndə heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin yüksək rütbəli qonaqları da iştirak etdi. Slovakiyanın Baş nazir müavini və müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiya Baş Qərargah rəisi, Qırğızıstan və Qazaxıstan müdafiə nazirləri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini Bakıda keçirilən paradda Azərbaycanın Zəfərini paylaşdılar. Bu iştirak həm dost və tərəfdaş ölkələrin Azərbaycana etimadının, həm də Azərbaycanın regionda formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq platformasının təsdiqidir. Zəfər Paradı bir daha göstərdi ki, Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, beynəlxalq arenada da müttəfiqlik bağlarını möhkəmləndirməkdədir”.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü vurğulayıb ki, Zəfərimizin çox önəmli bir məsələyə həsr olunmuş möhtəşəm paradını izlədik: “Çox böyük bir tədbir idi. Onu möhtəşəm edən ən birinci məqam bizim hərbçilərimizin və hərbi texnikamızın nümayişi, qalib Ordumuzun keçidi idisə, digər bir mühüm məqam orada iştirak edən və bizim sevincimizi, özəl günümüzü bölüşən xarici qonaqların iştirakı idi”.

O qeyd edib ki, Türkiyədən, Pakistandan, Slovakiyadan, Səudiyyə Ərəbistanından, Serbiyadan, Qırğızıstandan, Qazaxıstandan, Özbəkistandan gələn nümayəndələr bu paradı möhtəşəm edən digər bir mühüm məqam idi: “Hesab edirəm ki, bu qonaqların paradda iştirakı Azərbaycanın haqq işinə bu dövlətlərin dəstəyi kimi anlaşılmalıdır. Bu parada onların qatılması Azərbaycan xalqına həmin dövlətlərin dəstəyi anlamına gəlməlidir. Çox sevindirici haldır ki, bu yüksəkrütbəli qonaqlar paradda iştirak etdilər, öz dəstəklərini göstərmiş oldular. Arzu edərdik ki, bu türk ölkələrinin, müsəlman ölkələrinin hərbi heyəti gələcək paradlarda da iştirak etsinlər”.

Dünya liderlərinin təbrik məktubları

Deputatı Azər Badamov bildirib ki, bu qələbə Azərbaycanın sabitlik və inkişaf yaradan dövlət kimi nüfuzunu möhkəmləndirib.Zəfər Günü münasibətilə dünyanın müxtəlif ölkələrindən Azərbaycana ünvanlanan təbriklər, bəyanatlar və sosial media paylaşımları ölkəmizin artan siyasi nüfuzunun və beynəlxalq aləmdə tanınmasının göstəricisidir.

Onun fikrincə, bu gün Azərbaycan təkcə qalib dövlət kimi deyil, həm də regionda sabitlik və inkişaf yaradan lider ölkə kimi qəbul olunur: “Dünya liderlərinin, beynəlxalq təşkilatların və dost ölkələrin təbrikləri Azərbaycanın qlobal miqyasda nüfuzunun artdığını göstərir. Bu, həm də ölkəmizin ədaləti bərpa edən, beynəlxalq hüquqa əsaslanan siyasət yürüdən, regionda sülh və inteqrasiya prosesinin əsas lokomotivi kimi qəbul olunduğunu təsdiqləyir. Təbriklərin və rəsmi bəyanatların çoxalması bəzən regionda balansı qorumağa çalışan aktorları daha ehtiyatlı mövqe tutmağa vadar edir.Azərbaycan diplomatiyasının əsas məqsədi bu qələbəni “sabitlik və inkişaf zəfəri” kimi təqdim etməkdir. Bu, həm qonşulara, həm də beynəlxalq qurumlara qarşıdurma yox, əməkdaşlıq mesajı verir".

Deputat əlavə edib ki, dünya liderlərinin təbrik məktublarının mediada geniş işıqlandırılması Azərbaycanın etibarlı tərəfdaş kimi imicini daha da möhkəmləndirir: “Bu gün Azərbaycan dünya miqyasında sülhə, ədalətə və əməkdaşlığa xidmət edən, müstəqil siyasət yürüdən nüfuzlu dövlət kimi qəbul olunur".

Röya İsrafilova

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri