Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Postmüharibə dövründə Azərbaycan diasporu

Postmüharibə dövründə Azərbaycan diasporu

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin qarşıdakı dönəmdə əsas hədəfləri nələrdir?

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin istər 44 günlük Qarabağ savaşı, istər də ondan sonrakı dönəmdə göstərdiyi uğurlu fəaliyyət haqda hər bir vətəndaşımız məlumatlıdır. Ən azı ona görə ki, indi bütün dünya dövlətləri (ermənilərlə tarixi bağı olan bir-iki dövlət istisna olmaqla –müəl.) Qarabağ məsələsində Azərbaycan xalqının haqlı mövqeyini və dövlətimizin öz suverenliyini bərpa etməsini dəstəkləyir. Maraqlıdır, bəs, postmüharibə dönəmində Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət prinsipləri, hədəfləri nələrdir?

Qarabağla bağlı təbliğat

Bu suala cavab axtarmazdan əvvəl dəyərli oxucuların diqqətinə çatdıraq ki, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük savaş bitsə də, hələ də bir sıra xarici dövlətlərdə ölkəmizə qarşı yersiz və əsassız ittihamlar səsləndirilməkdədir. Burada baş rolda erməni lobbisinin hər zamankı “parlaq simaları” çıxış etsə də, uzun illərdir erməni təbliğat maşınının yalanlarına inanan ayrı-ayrı siyasilərin də zaman-zaman qərəzli açıqlamalarının şahidi oluruq. Bu səbəbdən, nə qədər ki, dövlət və millət olaraq ermənilərlə qonşu olmaq “alın yazımıza” çevrilib, hələ uzun illər bir çox tarixi həqiqətlərin onlar tərəfindən təhrif edilməsinə də cəhdlər olacaq. Çünki, bu xalqın xisləti belədir. Bunun üçün qarşıdakı illərdə də Qarabağ gerçəklərinin dünyaya çatdırılması üçün Azərbaycan diasporunun üzərinə böyük yük düşür.

Diqqət edək, erməni separatçılarının 1990-cı ildə qəbul etdikləri “müstəqillik bəyannaməsi”ndə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alır ki, həmin bəyannamə də sonradan Ermənistan Konstitusiyasına daxil edilib. Belə bir vəziyyədə isə, Azərbaycanın bu ölkə ilə sülh sazişinin yalnız Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın konstitusiyadan çıxarılmasından sonra mümkün ola biləcəyi haqda tələbi tamamilə anlaşılandır. Belə görünür ki, Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında duran əsas hədəflərdən biri də məhz bu kimi həqiqətlərin dünyaya çatdırılmasıdır.

Apardığımız araşdırmalara əsasən, 44 günlük savaşdan sonra diasporun işğaldan azad olunan ərazilərimizə 13 böyük səfəri təşkil olunub. O cümlədən, son illər 1000-dən çox xarici tarixçi, politoloq, jurnalist və hüquqşünas Komitənin xətti ilə işğaldan azad olunmuş ərazilərə səfər edib və bu səfərlərlə bağlı yüzlərlə məqalə xarici mediada yayılıb.

Bütün bunlarla yanaşı, indiyədək Azərbaycan dövlətinin qəti mövqeyi və ədalətin bərpası istiqamətində aparılan diplomatik səylər nəticəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb. Xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümumamerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada keçirilən Ümumavropa Qarabağ mitinqi beynəlxalq ictimaiyyətin soyqırımı ilə bağlı müfəssəl məlumatlandırılmasında xüsusi rol oynayıb.

33 il ərzində Xocalı soyqırımının dünyada tanıdılması,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” kampaniyasının geniş təbliğ olunması üçün xaricdəki Azərbaycan icmaları müstəsna xidmətlər göstərib.

Ümumiyyətlə, hər il diaspor təşkilatları və diaspor üzvləri ölkəmizin önəmli günləri ilə bağlı yüzlərlə tədbir təşkil edir, Avropa və ABŞ-nin iri şəhərlərində, mühüm siyasi mərkəzlərin qarşısında Azərbaycan bayrağı qaldırılır. Bu və bunun kimi tədbirlər ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında böyük rol oynayır.

Qərbi Azərbaycan məsələsinin təbliği

Görünən odur ki, postmüharibə dövründə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında duran əsas hədəflərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əldə etdiyimiz məlumata əsasən, Komitə bu məqsədlə xaricdə yaşayan Qərbi Azərbaycan əsilli soydaşlarla bağlı fəaliyyəti daha da genişləndirir. Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan qərbi azərbaycanlıların bazası yaradılıb, onlarla vaxtaşırı görüşlər keçirilir və soydaşlarımıza Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə müfəssəl məlumat verilir.

Xaricdə yaşayan qərbi azərbaycanlıların həyat və fəaliyyətindən bəhs edən xüsusi proqramlar hazırlanaraq Komitənin youtube kanalı olan Diaspor TV-də, İctimai Televiziya ilə ortaq layihə olan “Vətən uzaqda deyil” proqramında və Diaspor FM-də yayımlanır.

Komitə Türkiyənin İğdır və ya Qars şəhərlərinin birində özəl tədbir - Şərqi Anadoluda Yaşayan Azərbaycanlı Gənclərin Forumunun keçirilməsini də planlaşdırır. Komitə sədri Fuad Muradov mətbuata açıqlamasında deyib ki, forumun 2025-ci ildə keçirilməsi nəzərdə tutulur: “Şərqi Anadoluda yaşayan həmvətənlərimizin əksəriyyəti ermənilərin Qərbi Azərbaycanda apardıqları deportasiya və etnik təmizləmə siyasəti nəticəsində ata-baba yurdlarından qovulan azərbaycanlıların varisləridir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası həmin soydaşlarımıza diqqətin daha da artırılmasını tələb edir.

Düzgün seçilmiş strategiya

Şübhəsiz, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Qarabağ həqiqətləri ilə yanaşı, Qərbi Azərbaycan məsələsinin dünyaya tanıdılması istiqamətində apardığı fəaliyyət düzgün seçilmiş strategiyanın tərkib elementləridir. Əslində, hazırda hər iki məsələ həm də Azərbaycan xarici siyasətinin əsas prioritetləri hesab olunduğundan, qurumun bu istiqamətdə atdığı addımlar təqdir olunmalıdır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da, doğulduğu ərazidən, etnik kimliyindən asılı olmayaraq, Qarabağ məsələsində olduğu kimi, Qərbi Azərbaycan gerçəklərinin dünyaya çatdırılması istiqamətində də ələ-ələ  verməli, öz fəaliyyətlərini Diasporla İş üzrə Dövlət Komitəsinin siyasi xətti ilə uzlaşdırmalıdırlar. İnanırıq ki, bütün bunlar çox da uzaq olmayan tarixdə Qərbi Azərbaycan əsilli soydaşlarımızın öz tarixi dədə-baba yurdlarına qayıtması ilə nəticələnəcək və dövlətimiz tarixin müəyyən dönəmlərind ondan qoparılan torpaqlara sahib olacaqdır.

“Hürriyyət”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri