Icma.az
close
up
RU
Postmüharibə mərhələsində Azərbaycanın təhlükəsizliyi

Postmüharibə mərhələsində Azərbaycanın təhlükəsizliyi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

I məqalə

Liderin mövqeyi

Azərbaycan dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ifadəsini tapmış tezislər müstəqil dövlət quruculuğu, informasiya siyasəti və idarəetmə baxımından klassik nümunədir. Qəbul edirik ki, kimlərsə, həcmcə qısa bir mətndə çox geniş və dərin dövləti məsələlərin dəqiq və hədəfə istiqamətlənmiş təqdimatının mümkünlüyünə tam əmin olmaya bilərlər. Lakin Azərbaycan Liderinin siyasi ritorikasının semantik və funksional özəlliklərinə az-çox bələd olanlar üçün belə bir sual yoxdur.

Növbəti dəfə Prezident İlham Əliyev XXI əsrin çox uğurlu lideri olduğunu və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi anatomiyaya və ziddiyyətli tarixə malik məkanda yerləşən Azərbaycan Respublikasında güclü dövlət quruculuğunun konseptual aspekti ilə feili-tətbiqi tərəfinin səmərəli ahəngdarlığını yarada bilmək qüdrətinə sahib olduğunu sübut etdi. Mövqeyimizin əsaslı, elmi və obyektiv olduğunu detallı şəkildə təhlil əsasında sübut edə bilərik. Öncə, Prezident İlham Əliyevin müraciətinin geosiyasi miqyasının təməlində dayanan siyasi məntiqinə nəzər salaq.

3 miqyasın vəhdəti

Müraciət özündə 3 miqyasın semantikasını ehtiva edir. Birinci miqyas müstəqil dövlət quruculuğunun milli hüdudlarına aiddir. İkinci miqyas həmin əsasda dövlətin regional səviyyədə liderlik statusunun təmini və qəbul edilməsi ilə əlaqəlidir. Üçüncü miqyas öncəki iki səviyyənin qarşılıqlı əlaqəsi fonunda Azərbaycanın qlobal səviyyədə qəbul edilə biləcək güclü dövlət obrazı ilə bağlıdır. Birinci miqyas üçün milli ləyaqət əsasında dinamik inkişaf və davamlı təhlükəsizlik önəm daşıyır.

İkinci miqyasda ön sıraya Azərbaycanın son 300 ilin tarixinin yaratdığı ziddiyyətli obrazının regional səviyyədə dəyişməsi çıxarılır. Bu miqyasda başlıca hədəf regionda Azərbaycanın dövlət liderliyinin tarixi ədalətə, milli dövlət quruculuğu potensialına və büeynəlxalq hüququn şərtlərinə tam uyğun olduğunu sübut etməkdən ibarətdir. Azərbaycan lideri bunu da bacardı!

Üçüncü miqyas daha mürəkkəb bir dinamika və mənzərə ilə xarakterizə olunur. Çünki artıq meydanda dünyanın çox güclü dövlətlərinin kəskin rəqabəti üstünlük təşkil edir. Azərbaycan müstəqil güclü dövlət olduğunu həmin kəskin rəqabətin fonunda tarixi¸ hüquqi və milli maraqlar kimi faktorların bir-birini tamamlaması şəraitində qəbul etdirməlidir. Bu da özlüyündə güclü geosiyasi dairələrin əməkdaşlıq və təhlükəsizlik doktrinaları ilə Azərbaycanın yanaşmasını uyğunlaşdırmaq zərurətinin mövcudluğu deməkdir.

Azərbaycan Prezidentinin müraciəti yığcam formada vurğulanan üç miqyasın təqdimatıdır. Bu tezisin bir sıra əsas detalları üzərində dayanmağa ehtiyac vardır.

Tarixi Zəfərin dövlətçiliyə töhfələri

Prezident İlham Əliyev müraciətinin məntiqinin təməlində Vətən müharibəsindəki möhtəşəm Qələbənin siyasi, geosiyasi, ideoloji və sosial-mədəni aspektlərin vəhdətini yerləşdirmişdir. Onun yığcam ifadəsi aşağıdakı tezisində əksini tapmışdır. Dövlət başçısı demişdir: “Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik”.

Bu tezisin “semantik şifrələri”ni açsaq, alınar: Vətən müharibəsindəki qələbə hər şeydən öncə müstəqil dövlətçiliyə xidmətdir ki, bu, Azərbaycanı əbədi müstəqil edəcəkdir və ona görə də “tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir”. Çünki bu fəxarət yalnız dövlətin əbədi müstəqil ola bilməsi şərti ilə mümkündür. Prezident bu möhkəm inamını və əminliyini xalqı ilə açıq bölüşür. Liderin inamı və əminliyi bütün zəfərlərin təməlidir! Xalq İlham Əliyevin həmin mesajını almışdır və onu yüksək ruh yüksəkliyi ilə qiymətləndirmişdir! Yeni il gecəsi Azərbaycan şəhərlərinin yaşadıqları kütləvi bayramlaşma ab-havası onun əyani nümayişidir! Azərbaycan xalqı Prezidentinə və Liderinə tam inanır, onun arxasındadır!

Bütün bunları çox gözəl və dərindən bilən Prezident İlham Əliyev ciddi bir geosiyasi ümumiləşdirmə aparır və faktiki olaraq güclü strateji mövqe nümayiş etdirir. Onun qısa təqdimatına baxaq.

“Əbədi müharibə aparmaq fikrində deyilik”

Həmin tezisə keçidin “aralıq məntiqi və semantik zonası”na diqqət edək. Dövlət başçısı müraciətində ifadə etmişdir: “Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi 5 il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq”.

Birincisi, yeni mərhələyə keçidin təməlində dayanan əsas faktor “Qarabağ münaqişəsinin beynəlxalq gündəlikdən tamamilə silinməsidir”.

İkincisi, qalib dövlətin məğlub etdiyi ölkəyə münasibətdə tarixi geosiyasi seçimi həlledici rol oynamaqdadır. Həmin məqamı Prezident İlham Əliyev aşağıdakı kimi ifadə etmişdir: “Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür”. Bütün regionda münasibətlərin taleyi baxımından ciddi prinsipial pozitiv seçimdir!

Üçüncüsü, bunlardan Azərbaycan dövlət başçısı regional və qlobal miqyasda böyük əhəmiyyəti olan və dövlətçiliyin inkişafı, təhlükəsizlik arxitekturasının yaradılması anatomiyası bağlılığında əsas sayılan ümumi qənaət əldə etmişdir. O, aşağıdakı semantik yükə malikdir: “Biz əbədi müharibə aparmaq fikrində deyilik”.

Strateji mahiyyətli mesajdır. Dünya miqyasında əsl sülhsevər dövlət olmanın ümumi fəlsəfəsidir. Azərbaycan əbədi olaraq müharibə etmək niyyətində deyildir. Xüsusilə, indiki tarixi mərhələdə dünyanın ən güclü dövlətlərinin də geosiyasi seçimi üçün nümunə ola biləcək qərardır! Onun qlobal geosiyasi qiyməti ABŞ-ın yeni təhlükəsizlik doktrinasının başlıca prinsipləri və məqsədləri prizmasında olduqca aydın görünür. Bunun üzərində xüsusi dayanacağıq. Çünki həmin müddəada Azərbaycan Prezidentinin milli, regional və qlobal miqyasları müstəqil dövlətçilik maraqları ilə mükəmməl uyğunlaşdırmaq qüdrətinin təzahüründən söhbət gedir! İndi isə məqalənin bu mərhələsi üçün əsas hesab etdiyimiz başlıca tezisin izahına keçək.

Yeni mərhələ: “müharibələr arxada qaldı”

Azərbaycan Prezidenti yuxarıda vurğuladığımız əsas məqamlardan sonra yüksək siyasi-diplomatik məharətlə müraciətinin ana geosiyasi tezisini irəli sürür. Bu, “aralıq məntiqi və semantik zona”dan əsas “siyasi və geosiyasi məna sahəsinə uğurlu proyeksiya” nümunəsidir. Azərbaycan lideri həmin mənanı aşağıdakı kimi təqdim etmişdir.

Müraciətində İlham Əliyev vurğulamışdır: “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”.

Bu fikirlərin ana xəttini Azərbaycan Respublikası üçün, ümumiyyətlə, tarixin postmüharibə mərhələsinin başladığına böyük inamın mövcudluğu təşkil edir. Yəni Azərbaycan müstəqil dövlət kimi yalnız sivil üsullarla münasibət qurmaqda maraqlıdır, dövlətin başlıca mahiyyəti isə sülhsevər olması ilə bağlıdır. Azərbaycan müharibəsiz inkişafa, sülhsevərliyə dayanan güclü dövlət olmaqda davam edəcəkdir. Bu seçimin ilkin mərhələsi Ermənistanla münasibətlərin əməkdaşlıq və təhlükəsizliyin təmini şəraitində yenidən qurulması ilə bağlıdır.

Əslində, “Böyük Qayıdış” kimi möhtəşəm proqramın başlıca məğzi də həmin məqsədlə müəyyən olunur. Belə ki, azərbaycanlılar hansı coğrafiyada ekzistensial aparıcılıq təşkil edəcəklərsə, orada dinc quruculuq, sülh, əməkdaşlıq, barış və qarşılıqlı fayda görmək hökm sürəcəkdir.

Əksər dövlətlərdən fərqli olaraq Azərbaycan Respublikasının güclü dövlət doktrinası əməkdaşlıq, təhlükəsizlik və sülhün təminində güclü olmağı özündə ehtiva edir. Məsələnin bu cür dərki perspektiv baxımından çox əhəmiyyətli və diqqətçəkicidir. Çünki Cənubi Qafqazın müasir tarixində ilk dəfədir ki, lider dövlət sülhü, əməkdaşlığı və təhlükəsizliyi təmin etməkdə güclü olmağı ön sıraya çıxarır! Hərbi gücü və ya sosial-iqtisadi imkanları deyil, məhz sülhü, əmin-amanlığı və qarşılıqlı faydalı əməkdaşlıq platformasını aparıcı edir.

İlk baxışdan bu strategiya bir qədər mücərrəd və feili olaraq güclü görünməyə bilər. Lakin müasir dünyanın çağırışları və riskləri fonunda kifayət qədər dərin faydaları olacaq mövqedir. Azərbaycan Prezidentinin müraciətində etdiyi təqdimatda bu mövqe bir-biri ilə sıx bağlılıqda olan rasional-məntiqi müddəalar vasitəsilə predmetləşmişdir. Onu 3 başlıca aspektdə təhlil edə bilərik. Mövzunun bundan sonrakı təhlilində vurğulanan özəllik başlıca yer tutacaqdır. Yəni Azərbaycan dövlət başçısının qeyd olunan fikirlərində sülh, əməkdaşlıq və təhlükəsizlik istiqamətlərinin məntiqi əlaqəsi ön sıraya çıxarılacaqdır.

Bu cür yanaşmanı əsaslı edən aşağıdakı xüsusiyyətlərdir.

Birincisi, dövlət başçısı Azərbaycanın heç bir yeni müharibəyə hazırlaşmadığının düşünülmüş strateji məqsəd olduğunu ilk növbədə qeyd edir. “Müharibələrə hazırlaşmırıq” və “müharibələr arxada qaldı” tezisləri bunun əyani təsdiqidir.

İkincisi, müasir dövrün çağırışlarını Azərbaycan Respublikası ciddi surətdə nəzərə alır. Ona görə də müstəqil dövlət kimi ilk növbədə öz təhlükəsizliyi haqqında düşünür.

Üçüncüsü, ikinci tezisdəki fikrin izahı böyük dövlətlərin bir qisminin “kim güclüdür, o da haqlıdır” prinsipi üzrə hərəkət etməsi fonunda adekvat ola bilər.

Dördüncüsü, bunlara görə “bütün dünyada genişmiqyaslı silahlanma prosesi”nin getməsi ciddi faktordur.

Beşincisi, vurğulanan şərtlər prizmasında Azərbaycan özünü müdafiə etmək üçün ayıq və hazır olmalıdır.

Vurğuladığımız bu özəlliklər “müharibələr arxada qaldı” qısa tezisini əməkdaşlıq, sülh və təhlükəsizlik doktrinasının əsas mənası kimi təsəvvür etməyə istiqamətləndirir. Bu müddəanın regional və qlobal konteksti son dərəcə önəmlidir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri