Icma.az
close
up
RU
Bunlar Azərbaycanın postmüharibə reallıqlarına çevik adaptasiyasını göstərir ŞƏRH

Bunlar Azərbaycanın postmüharibə reallıqlarına çevik adaptasiyasını göstərir ŞƏRH

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Dünya ağır bir dönəm keçirir. Qlobal iqtisadi qütbləşmə dərinləşir, texnoloji tərəqqi sürətlənsə də, bir çox hallarda ondan neqativ şəkildə istifadə edilir, süni intellekt əsaslı texnologiyalar müxtəlif sferlarda geniş tətbiq olunmağa başlayır və bəzən müəyyən fəsadlar verir. Paralel olaraq bu və ya digər regionlarda münaqişələr alovlanır, geosiyasi maraqlar iqtisadi tərəqqi meyarlarından önə keçir, nəticədə, iqtisadi böhran yaradılır, milli dövlətlərin büdcələrinə milyardlarla ziyan dəyir. Belə bir ağır dövrdə Prezident İlham Əliyev tərəfindən azad edilən ərazilərdə bərpa işlərinin davam etdirilməsi və bu məqsədlə 2025-ci il büdcəsində 4 milyard manat vəsaitin nəzərdə tutulması Azərbaycanın postmüharibə reallıqlarına çevik adaptasiya edə bildiyini göstərir. Bununla da digər ölkələrdən fərqli olaraq 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad edilən ərazilərdə start verdiyi quruculuq işləri yeni mərhələyə daxil olmaqdadır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesi 2 istiqamətdə gedir: “Bərpa işləri və qayıdış. Ötən 4 il ərzində hər iki istiqamətdə atılan addımları izləyən xarici müşahidəçilər dünyanın heç bir ölkəsində bu sürətlə yenidənqurma işlərinin aparılmadığını etiraf edirlər. Dediklərimizi indiyə qədər icra olunan layihələrin statistikası da təsdiqləyir.

- “Böyük Qayıdışa dair I Dövlət Proqramı” təqribən 79 faiz icra olunub; 
- 2025-ci il də daxil olmaq şərti ilə azad olunmuş ərazilərin bərpasına 21,6 milyard manat vəsait qoyulub; 
- azad edilən ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb; 
- hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir; 
- 21 yaşayış məntəqəsinin təməli qoyulub.

İşğaldan azad edilən ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmini istiqamətində görülən işlər birmənalı şəkildə onu deməyə əsas verir ki, Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsidir. Proses hər gün davam edir və əhali artıq istifadəyə hazır bölgələrdə daimi məskunlaşır. Məsələn, son statistik məlumatlarda deyilir ki, iyun ayının əvvəllərinə qədər azad edilən bölgələrə 2615 ailə, yəni 10 min 233 vətəndaşın köçürülməsi baş tutub, 2026-cı ilin sonuna qədər isə 34 500 ailə, 140 min vətəndaşın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur.

Ölkə başçısı bərpa-quruculuq prosesinin xüsusiyyətləri və prioritetləri barədə tez-tez fikirlərini ifadə edir. Bu il mayın 28-də Laçında Türkiyə prezidenti və Pakistanın baş naziri ilə birgə görüşdə quruculuq işləri ilə bağlı perspektivlərə toxunan Prezident bunları deyib: 

“İndi azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır”.

Bu yerdə onu da əlavə edək ki, azad olunmuş ərazilərə köçürülən insanların məşğulluq probleminin həlli istiqamətində də praktik addımlar atılır. Başqa sözlə desək, bölgədə məskunlaşan vətəndaşın təhlükəsizliyinin təmini ilə yanaşı, onun sosial tələbatının ödənilməsi dövlət siyasətinin prioritetləri sırasında yer alır. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər həm də istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qəbul olunur və ölkə iqtisadiyyatına reinteqrasiyanın əsasını yaradır. Həyata keçirilən dövlət proqramlarının əsas hədəfləri isə infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Proqramlarda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin bundan sonra da qurulması, həmin məntəqələrin keçmiş məcburi köçkünlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Daha bir statistikaya toxunaq.

Artıq Zəngilanın Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Şuşa şəhəri, Laçın şəhəri və rayonun Sus, Zabux və Bəylik kəndləri, Cəbrayıl şəhəri, Xocalı şəhəri və rayonun Ballıca kəndi, Ağdamın Sarıcalı, Xocavəndin Həsənriz kəndi və digər çoxsaylı məntəqələrdə insanlar daimi yaşayır və keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışı prosesi uğurla davam edir.

Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bu fikirlərə diqqət yetirək. “Bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”, - Prezident bildirib. 

Müşahidələr və ekspert rəyləri əsasında qətiyyətlə demək olar ki, bu gün Qarabağ və Şərqi Zəngəzur tərəqqi, inkişaf, çiçəklənmə dövrünü yaşayır. Dövlət insanların bölgədə yaşamasını təmin etmək üçün infrastruktur layihələrin davamlı icrasına nail olur”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı iqtisadi inkişaf kursunda Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi də prioritet hədəflər sırasındadır: “Böyük qələbədən ötən 4 il ərzində regionda 
- 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara buraxılıb; 
- 2025-ci ilin sonuna qədər daha 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır; 
- ümumilikdə, növbəti illərdə əlavə olaraq bölgədə 200 MVt-lıq su-elektrik stansiyaları tikiləcək.

Yeri gəlmişkən, azad Qarabağda yeni və müasir yolların çəkilişi də diqqət mərkəzindədir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, azad olunan ərazilərdə bu sektor üzrə icra edilən layihələrin sayı 44, yolların ümumi uzunluğu isə 3400 kilometr təşkil edir. Prezident İlham Əliyevin yanvar ayında nəqliyyat müşavirəsində bildirdiyi kimi, 
- 44 avtomobil yolu ilə yanaşı regionda 45 tunel, 447 körpü, 16 viadukun tikilməsi nəzərdə tutulur; 
- dəmir yollarına gəlincə, Horadiz-Ağbənd dəmir yolunun 60 faizindən çoxu, Bərdə-Ağdam dəmir yolunun 94 faizi hazırdır; 
- sözügedən layihələrin 2025-2026-cı illər ərzində tam başa çatdırılacağı proqnozlaşdırılır. 

Regionun nəqliyyat sektorunun müasirləşdirilməsi 2 aspektdən strateji çəkiyə sahibdir. 1.Qarabağ və Şərqi Zəngəzuru regional nəqliyyat layihələrinə qoşmaq, 2.Azad edilən əraziləri beynəlxalq turizm mərkəzinə çevirmək. Şübhəsiz, bu prosesdə hava yollarının da özünəməxsus yeri var. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi artıq bölgəni beynəlxalq və regional əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevirir, bununla da, Azərbaycanın qlobal təqdimatına sanballı töhfə verir. Bu isə faktiki, Prezident İlham Əliyevin sərəncamı ilə müəyyənləşdirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas məqsədlərinin icrasını sürətləndirir, eyni zamanda, azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığını təmin etmək üçün dövlət siyasəti və islahat istiqamətlərinin mahiyyətini ortaya qoyur”.

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri