Potidə 18 medal
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata komandamız üçün uğurlu nəticələrlə yadda qalıb.
Kayak yarışlarında İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə qızıl medal qazanıblar.
Qiyas Əhmədov və Tengiz Qaqnidze gümüş medal qazanıblar.
Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə iki nəfərlik qayıqda 2-ci, Fəxri Sadıqlı birnəfərlik kanoedə 2-ci nəticə göstərib. Vaqif Mustafazadə 200 və 1000 metr məsafədə də finişə 3-cü çatıb.
Akademik avarçəkmə yarışlarında isə Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda, İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1-ci yeri tutublar.
Estafet yarışında isə Fəxri Sadıqlı, Rüstəm Əsgərov və Vaqif Mustafazadə bürünc medala layiq görülüblər.
Yekun nəticədə 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan komandamız turniri ikinci pillədə tamamlayıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















