Icma.az
close
up
RU
Premiumnetaz MMC nin uçotu ləğv edildi SƏBƏB

Premiumnetaz MMC nin uçotu ləğv edildi SƏBƏB

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin edib.

"Unikal" xəbər verir ki, İKTA-nın apardığı araşdırma zamanı Cəmiyyətin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçota alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış məlumatlar əlavə olunduğu aşkarlanıb.

Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na əsasən uçotun ləğvi üçün birbaşa hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən operator kimi uçotu ləğv olunub.

İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota alınmış operator və provayderlərin xidmətlərindən istifadəni tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Agentlik xəbərdarlıq edir ki, uçota alınmamış internet provayderləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.

Belə ki, uçota alınmadan internet telekommunikasiya xidməti göstərən hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbirlər tətbiq edilə, onların fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Abunəçilərə xidmət müqaviləsi bağlamazdan əvvəl operator və provayderin rəsmi uçot statusunu NazirliyinİKTA-nın internet informasiya ehtiyatları vasitəsilə yoxlamaları tövsiyə olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see282

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see277

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see271

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see266

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see259

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see259

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see256

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see245

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see244

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see230

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see228

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see225

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see224

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see223

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see210

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see210

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see210

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see210

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri