Premyer Liqa: “Brayton” səfərdə şou göstərdi, “Koventri”yə beş cavabsız qol
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin “Brayton” futbol komandası çempionat matçında “Koventri”nin qonağı olub.
İdman.Biz xəbər verir ki, görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 35-ci dəqiqədə açılıb. Haralampos Kostulas Paskal Qrossun ötürməsindən sonra fərqlənib.
51-ci dəqiqədə Malik Yalkuye Maksim De Kuyperin məhsuldar ötürməsini qolla tamamlayıb. Bundan az sonra “Koventri” azlıqda qalıb. Tayvo Avoniyi qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyündən istifadə edən “Brayton” təzyiqi daha da artırıb. Paskal Qross penalti zərbəsini dəqiq yerinə yetirib və daha sonra ikinci qolunu da vuraraq dubl müəllifi olub.
Matçın sonuna qədər Lyuis Dank və Yasin Ayari də fərqlənərək yekun hesabı müəyyənləşdiriblər - 5:0.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 13 Sentyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















