Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış oyununda “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran Bakı klubu turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
Bu mövzuda digər xəbərlər:Premyer Liqa: İmişli səfərdə Qəbələ ni məğlub etdi
12 Aprel 2026 17:34
Premyer Liqa: “Sabah” “Qəbələ”ni qəbul edəcək
10 Mart 2026 09:22
Sabah Qəbələ ni məğlub etdi
16 Fevral 2026 19:32
Premyer Liqa: “Kəpəz” azlıqda qalan “Qəbələ”ni məğlub etdi
14 Dekabr 2025 16:13
Premyer Liqa: “Sabah” səfərdə “İmişli”ni darmadağın etdi
29 Noyabr 2025 16:31
Baxış sayı:100
Bu xəbər 16 Fevral 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















